Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
9 sentyabr Ümumdünya Gözəllik Günüdür Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib.
Amma bu cəlbedicilik qadınların başına bəla olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir.
Bir zamanlar azacıq ətli-qanlı qadınlar daha gözəl hesab edilsə də, kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub.
İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar sayılır etalon.
Təbii ki, gözəllikdən anlamayanlar üçün. Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub.
Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib.
Bir ölkədə qəlibə salınaraq böyüməsi dayandırılan ayaqlar gözəllik kriteriyası olub, digərində dodaqların, qulaqların, boğazların dəmir halqalara keçirilməsi.