Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Sən ki çox gözəl idin?!

Sən ki çox gözəl idin?!

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

9 sentyabr Ümumdünya Gözəllik Günüdür

Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib. Amma bu cəlbedicilik qadınların başına bəla olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Bir zamanlar azacıq ətli-qanlı qadınlar daha gözəl hesab edilsə də, kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar sayılır etalon. Təbii ki, gözəllikdən anlamayanlar üçün.

Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Bir ölkədə qəlibə salınaraq böyüməsi dayandırılan ayaqlar gözəllik kriteriyası olub, digərində dodaqların, qulaqların, boğazların dəmir halqalara keçirilməsi. Bizim sevdiyimiz düz saçlar onlara bədbəxtlik əlaməti kimi görünüb, onların ağac budağına oxşayan hörükləri bizə ürküdücü gəlib.

Platona görə, gözəllik ilahi zəkanın dünyada əks olunmasıdır. İlahinin verdiyi gözəlliyi olanlar da bəyənmir daha özünü. Bilirsiniz nə qədər gözəl qız özünü əməliyyatla “urod” edir? Saysız-hesabsız. Spesifik görünüşü ürəkləri titrədən, saf gözəlliyi ilə əks-cinsi riqqətə gətirən qızlar yoxdur daha. 17-18 yaşadək enib tibbi prosedurlar, müdaxilələr. 9 sentyabr - Ümumdünya Gözəllik Günündə gözəllik anlayışının nə qədər dəyişməsindən, transformasiyaya uğramasından bəhs edəcəyik.

Düymə burun, qorxulu gözlər, şar dodaqlar

Plastik əməliyyatların ən çox müraciət edilən növü rinoplastikadır. Bütün qadınlar, hətta son illər əksər kişilər burnunu dəyişdirmək üçün növbəyə durublar. Ölkədə demək olar ki, bütün qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər “copy-paste” üsulu ilə işləyir, hamıda eyni tip burun var. Nazik burnunun üstündə azacıq çıxıntısı olan qızlar da əməliyyata qaçır. Anlamır ki, o çıxıntı simasına necə incəlik verir, onu necə spesifik edir.

Çoxdandır ki, gözlər qəlbin aynası deyil. Gözlərinə baxdığımızın qəlbini görməyəli çox olub. Daha piyalə, ceyran gözlü qızlar da azalıb. Alagöz dediyimizin gözü sən demə qara imiş, xəbərimiz yoxdur. Dünən ala gözlərini görüb vurulduğu qızın gözlərini bu gün mavi görən gəncin çaşqınlığını bir təsəvvür edin. Gözlərin öz təbii formasını itirməsi də çoxdan olub, iplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır. Miyanə anlayışı ortadan yoxa çıxıb.

Gözlər insanın anadangəlmə sahib olduğu ən dəyərli hədiyyəsidir. Üzümüzdə ən çox diqqət edilən, ən nəzərəçarpan orqanımızdır. Əhəmiyyətliliyi tək gözlərin rəngi, quruluşu deyil, gözün həyatımızdakı rolunun özü böyükdür. Biz nə edirik? Yaradanın ən mükəmməl hədiyyəsini bəyənməyib barmaq edirik. Ya tibbi müdaxilə ilə formasını dəyişirik, ya rəngini bəyənməyib linza qoyuruq. Bəzən lap ağını çıxarıb tibbi prosedurla göz rəngimizi qalıcı olaraq dəyişirik. Mavi, yaşıl gözlər gözəldir, amma təbii və anadangəlmə olarsa. Süni yolla rəngi dəyişdirlən gözlər insanda yalnız vahimə yaradır.

İnsan simasının ən nəzərə çarpan nöqtələrindən biri də dodaqlardır. “Qonçə dodaq”, “yarpaq dodaq” deyə vəsf edilib tarixən gözəllər. “Ağız nazik, dodaq nazik, dil nazik” deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Dolğu ilə şişirdilən dodaqlar daha aşıq Ələsgərin təbirincə desək “kip” durmur, o qədər müdaxilə edilir ki dodaqlar örtülmür, örtülmüş vəziyyətdə belə ağızda dişlər görünür. Alt dodaq çənəyə doğru, üst dodaq buruna doğru yola çıxıb. Daha nazik dodaqların gözəllik anlayışında yeri yoxdur, sıxışdırıb çıxardılar.

Çənə iti, qaşlar asqıda

Çənəyə, almacıq sümüyünə də müdaxilə edilir. Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Daha incə görünürmüş deyilənə görə. Almacıq sümüyü hiss edilməyən üzlərdə onu da qabardırlar, ya ətrafını rəndələyib sümüyü daha kəskinləşdirirlər, ya da dolğu ilə qabarıqlaşdırırlar. Ölkə dolub Malefisenta görünüşlü qadınlarla.

Geniş alın gözəllik etalonu idi bir zamanlar. Gözlərin gözəlliyinin ortaya çıxması, üzün daha aydın görünməsi üçün alnı kiçik qızlar hətta saç diblərindən saçları seyrəkləşdirir, alın nahiyəsini böyüdürdü. İndi geniş alnı olanlar kiçiltmək məqsədi ilə saç əkdirir alnına. Təbii qaşlarını bəyənməyib nümayişə qalxmış tük effekti etdirənlər də az deyil. Qısası, gözəllik anlayışı sərhəd tanımır, hətta sərhədləri, hüdudları yıxır desək, daha doğru olar. İnsan əlindəkilərlə qane olmur, həmişə yenisini, fərqlisini, dahasını, növbətisini istəyir. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir.

Omba şou

Qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Ətrafımızda qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşlü qadınların sayı günü-gündən çoxalır. Əksər qadınlar bədənlərinin var olan quruluşundan məmnun olmur, ya sinəsi kiçikdir deyə düşünür, ya da ombaları onu qane etmir. Yaşlanma, arıqlayıb-kökəlmə, keysəriyyə əməliyyatı da zamanla bədənə öz izlərini qoyur, əgər aktiv həyat tərzi keçirmirsənsə, daim hərəkətdə deyilsənsə, idman etmirsənsə bədən öz görüntüsünü zamanla dəyişir. Əvvəllər bu görüntünü gözəlləşdirmək üçün idman ən çox seçilən üsul olurdu, amma hazırda qadınlar bədənin əməliyyatla formaya salınması üsuluna üstünlük verirlər.

Hərəkətsizlikdən, çəki artmasından, yaşlanmadan sonra bəzən omba nahiyəsində deformasiyalar yarana bilər. Bəzən genetik deformasiyalar da ombanın qeyri-estetik görünməsinə səbəb olur. Xüsusilə, piylənmə omba və qarın bölgəsində estetik görünməyən sallanmaya səbəb ola bilər. Amma bəzən kifayət qədər arıq, normal çəkili qadınlar da omba əməliyyatı etdirirlər. Ona görə omba estetikası iki cür olur. Birincisi, artıq çəkinin, piylənmənin yaratdığı fəsadlardan sonra omba nahiyəsinin quruluşunun itməsi və bədən xətlərinin ortaya çıxarılması üçün edilən omba əməliyyatı, ikincisi isə çəkisi az olan xanımların ombasının ölçüsünün kiçik olması şikayətinə görə edilən böyütmə əməliyyatı. Artıq çəkili qadınlarda xüsusilə omba nahiyəsinin yan hissəsində çoxlu yağlanma olur. Piylənməsi həddən artıq olan nahiyələrdən piyləri çıxararaq omba nahiyəsinə yeridilir, çəkisi az olan qadınlarda isə omba dikləşdirmə əməliyyatı implantlar ilə həyata keçirilir.

Əvvəllər belə əməliyyatlara səhnə adamları, müğənnilər ehtiyac duyardı, indi ev xanımları da bu əməliyyata girirlər. Tibbdə “Braziliya ombası” kimi tanına bu cür ombalar Braziliyada yerli qadınların normal quruluşudur, lakin daha təbii formada. Əməliyyatla edilən dikləşdirmə süni forma olduğu üçün ilk baxışdan anlaşılır. Əslində, bu əməliyyat reklam edildiyi qədər asan və sadə əməliyyat deyil, riskləri çoxdur. Dünyanın bir çox ölkəsində bu əməliyyatdan sonra həyatını itirənlər də var. Qadınlar bu riski gözə alaraq əməliyyata girirlər. Araşdırmalar sübut edir ki bədən quruluşu bir çox hallarda qidalanma ilə bağlıdır. Bədənindən narazı olan insanlar onu dəyişdirmək istəyərkən bilmədən yanlış üsullara əl atırlar. Araşdırmadan, dəqiqləşdirmədən bədən formalaşdırma əməliyyatına girən qadınlar əməliyyatdan sonra kiçilmiş qarınlarından, incəlmiş bellərindən və böyük ombalarından razı qalırlar.

Gözəllik normalardır

İnsanlar, xüsusilə qadınlar sanki özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur, hamı özünü dəyişmək sevdasına düşür, beləcə əbədi istehlakçı bazası formalaşır və milyonlarla pul dövr edir. Bu gedişatın böyük bir çöküşü olacaq, insan insanlıqdan çıxır getdikcə. Özünü gözəl hesab etməyən, amma spesifik gözəlliyi olan qızlar azalır. Əvəzində bir-birinin eyni olan simalarla dolur cəmiyyət.

Çərçivədən, hədəqədən çıxılmadığı müddətcə gözəllik spesifik olmalıdır. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün bu proses uzanacaq. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Təbii ki, ətrafımızın və cəmiyyətin bizə biçdiyi don bir çoxu üçün önəmli olsa da, nəyin yaxşı olacağını insan özü müəyyən etməlidir. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. Sağlam və düzgün qidalanmaq, idmanla məşğul olmaq çox vacibdir. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq. Neçə ki indi çoxları o vəziyyətdədir.

9 sentyabr Ümumdünya Gözəllik Günüdür. Yaradanın yaratdığını bəyənməyib öz üzərində yenidənqurma, təmir-bərpa işləri görən, gördürən insanlar, istədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Vacib olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Öz görüntüsünü sevməyən insanlar üçün özünüdəyişmə əməliyyatlarının sonu yoxdur.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri