“Sən Vətənsən” Zəfər haqqında “Əsgərnamə” | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat verir. Eynulla MƏDƏTLİAMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri
İkinci Dünya müharibəsindən sonrakı onilliklərdə onmilyonlarla bəşər övladı bu acı taleyi yaşamağa məcbur olmuşdur.
Bədbəxtlikdən xalqımız da otuz il qaçqınlıq və köçkünlük əzabını çəkmişdir.
1990-cı illərin əvvəllərində 8 milyonluq əhalimizin bir milyonunun Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarını tərk etməsi bütün Azərbaycan xalqının ümumi kədəri olsa da, ağır qaçqınlıq həyatı, yurd həsrəti, naümidlik bu həyatı yaşayanları daha çox üzmüşdü.
Doğma Zəngilanından, Məmmədbəyli kəndindən 1993-cü ilin payızında koçkün düşən Asyanın ailəsi acı qaçqın taleyini yaşamış, illər boyu ümidini itirməyib bir gün doğma yurda dönməyi hər an arzulamışdır.
Bu illər ərzində yurd həsrətli minlərlə soydaşımız dünyasını dəyişmiş, o günü görmədən o dünyaya nakam getmişdir.
Bunlar da illər boyu Asyanın kövrək qəlbində silinməz izlər qoymuş, onu xalqımızın qaçqınlıqdan Zəfərə doğru uzun həyat və mübarizə yolunu dastanlaşdırmağa sövq etmişdir.
Qeyd edilməlidir ki, poemanın üslubu olduqca dilə və ürəyə yatandır.
Tam oxu
Xəbəri oxu