Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

“Sən Vətənsən” Zəfər haqqında “Əsgərnamə”

“Sən Vətənsən” Zəfər haqqında “Əsgərnamə”

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Dünya ədəbiyyatında müharibələr, irqçilik, xarici təcavüz, vətəndaş müharibələri və başqa səbəblərlə əlaqədar qaçqına, ya məcburi köçkünə çevrilmiş insanların taleyindən, onların iztirablarından və ümidlərindən bəhs edən çoxlu ədəbi nümunələr vardır. İkinci Dünya müharibəsindən sonrakı onilliklərdə onmilyonlarla bəşər övladı bu acı taleyi yaşamağa məcbur olmuşdur. Bədbəxtlikdən xalqımız da otuz il qaçqınlıq və köçkünlük əzabını çəkmişdir. 1990-cı illərin əvvəllərində 8 milyonluq əhalimizin bir milyonunun Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarını tərk etməsi bütün Azərbaycan xalqının ümumi kədəri olsa da, ağır qaçqınlıq həyatı, yurd həsrəti, naümidlik bu həyatı yaşayanları daha çox üzmüşdü.

Doğma Zəngilanından, Məmmədbəyli kəndindən 1993-cü ilin payızında koçkün düşən Asyanın ailəsi acı qaçqın taleyini yaşamış, illər boyu ümidini itirməyib bir gün doğma yurda dönməyi hər an arzulamışdır. Bu illər ərzində yurd həsrətli minlərlə soydaşımız dünyasını dəyişmiş, o günü görmədən o dünyaya nakam getmişdir. Bunlar da illər boyu Asyanın kövrək qəlbində silinməz izlər qoymuş, onu xalqımızın qaçqınlıqdan Zəfərə doğru uzun həyat və mübarizə yolunu dastanlaşdırmağa sövq etmişdir. Qeyd edilməlidir ki, poemanın üslubu olduqca dilə və ürəyə yatandır. Burada böyük Səməd Vurğunun “Azərbaycan” şeirindən boylanan ruhu duyulur, Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ramiz Qusarçaylının “Vətən” poemalarındakı poetik müraciətlər özünəməxsus şəkildə davam etdirilir.

“Sən Vətənsən” poeması, beləliklə, acı yaşantıların, şirin ümidlərin, Vətən oğullarının ölüm-dirim savaşının, şəhidlik zirvəsinə ucalan qəhrəman Surxayın və minlərlə surxaylarımızın, Ali Baş Komandanın dəmir yumruğuna çevrilən Azərbaycan əsgərinin rəşadət və fədakarlığının poetik ifadəsi kimi doğulmuşdur. Gördüyümüz kimi, möhtəşəm qələbəmiz Vətən və yurd sevgisini yüz qat artırmış oldu. Dağıdılıb yerlə bir edilmiş olsa da, doğma yurda dönüşün həyəcanı şeirə, poemaya, dastana sığmaz oldu. Asyanın “Sən Vətənsən”ində dilə gətirdiyi kimi:

Baharınla, payızınla gözəlsən,

Soyuğunla, ayazınla gözəlsən,

Göz yaşımın yağışında sevdim səni,

Damla-damla axışında sevdim səni.

Ətir saçan gül yazınla gözəlsən,

Çünki sən Vətənsən!

Asyanın qəhrəmanı, Azərbaycan ordusunun zabiti kapitan Surxayın həyat amalı Vətəni düşmən tapdağından xilas etməkdir. O bir əsgər kimi bu döyüşə illərlə hazırlaşmışdı, döyüş yoldaşları kimi Vətən savaşı başlanan ilk gündən ön sırada igidlik və fədakarlıq göstərmiş, addım-addım, günbəgün Böyük Qələbənin qazanılmasına öz övlad və əsgər payını vermişdi...

Əks-hücum planı, ilk günün həyəcanı,

Düşüncələr, fikirlər bürüyüb kapitanı.

Hamı əmr gözləyir, hamı intizardadı,

Həyəcanlı baxışlar, gözlər komandandadı.

“Sən Vətənsən” qaçqın-köçkünlüyün əzablı düşüncələri ilə başlasa da, əsər boyunca sanki Vətən eşqli, Döyüş ruhlu, Qələbə inamlı Əsgərnamə simfoniyası bəstələnir. Əsgərimizin qüdrətilə azad edilən hər kənd, hər şəhər (daha doğrusu onların viran qoyulmuş yerləri) təkcə qəhrəman Surxayı və döyüş yoldaşlarını deyil, doğma yurdumuz üçün  illərlə həsrət qalan xalqımızı Qarabağa – Şuşaya, Xankəndiyə yaxınlaşdırır. Bu bənzərsiz Vətən savaşını nəzmə çəkərkən Asya Birinci Qarabağ müharibəsinin qəhrəmanlarını yada salır:

Camaat Araza axışan zaman,

Oğullar döyüşə doğru tələsir.

Ölümlə üz-üzə dərə dibində,

İşğalçı düşmənin önünü kəsir.

Qeyri-bərabər döyüşdə son nəfəsədək çarpışan igidlərin şəhidlik yolu poemanın əvvəlində bədbinlik doğursa da, onların ölməzliyinin vəsvi daha güclü təsir bağışlayır:

Qayaların sal daşında qaldılar,

Tarixlərin yaddaşında qaldılar,

Yox ki, deyəm başdaşında qaldılar,

Kəfənsiz, məzarsız şəhid oğullar.

Minlərlə soydaşımız kimi ağır və məşəqqətli qaçqın həyatını yaşayan Asya həmin günlərin heç vaxt yaddan çıxmayacaq acı hadisələrini poemada dərdli bir dildə qələmə alır:

Hamının dərd-səri eynidi burda,

Oxşar aqibəti yaşayır hamı.

Hərənin öz adı olsa da ancaq,

Daha eyni adı daşıyır hamı

Ya qaçqın, ya da ki, köçkündü hamı,

Taledən, qismətdən küskündü hamı,

Gözləri önündə yanır evləri

Ümidi kəsilib, üzgündü hamı.

Qaçqın həyatını Asyanın və poemasının qəhrəmanı, həmkəndlisi Surxayın ailəsi birgə yaşamış, ağrı-acını, ümid və təsəllini bölüşmüşlər. 1993-cü ilin oktyabrın 30-da Arazı min bir əziyyətlə keçən yüzlərlə ailə İran ərazisində on kilometrlərlə yol qət edərək yenidən Arazı adlayıb Bakıya üz tutmuşdu. Poemada o günlərin ağrı-acısı kədərlə dilə gətirilir:

Canını qurtarıb düşmən əlindən,

Araz axışından, yağış selindən,

Yapışıb ümidin ətəklərindən

Bir el addımlayır Bakıya sarı.

Yenidən Vətən Müharibəsinin cəbhələrində ordumuzun azadlıq yürüşünün tərənnümünə qayıdan  müəllifin əsərində Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı elə poetik, həyacanlı, eyni zamanda ötkəm, qətiyyətli və inamlı  səsləndirilir ki, bu oxucunun ya dinləyənin də ruhunu oynadır, onu həm cismən, həm də ruhən bir əsgərə çevirir. Bu da təsadüfi deyildir. Çünki bu savaş bütün Azərbaycan xalqının milli mənsubiyyətinin, dövlətçiliyinin, ərazi bütövlüyü və suverenliyinin, mənəviyyatının özünütəsdiq savaşı idi, ölüm - qalım savaşı idi. Asya bu təbii hissləri məharətlə qələmə almışdır:

Qarabağ hamımızın canımızda bir candı,

Bu uğurun səbəbi Ali Baş Komandandı.

Düşmənin ürəyinə yanar adlar qalandı:

‑ Qarabağ Azərbaycandı!

Poemada Zəfərə aparan yolda kənd və şəhərlərimizi bir-birinin ardınca azad edən Ordumuzun əsgər və zabitlərinin döyüş taktikası, döyüş dostluğu, komandir-əsgər münasibəti, yaralılara və şəhidlərə münasibət cəsur zabit Surxayın nümunəsində çəkici maraqla izlənilir:

Yenə hücum planı, yenə döyüş əmri var,

Başqa bir istiqamət, başqa təmas xətti var.

Surxay Noçuyev qurub yeni bir döyüş fəndi,

Qarşıdakı hədəf də Qaraxanbəyli kəndi...

...Savaş meydanlarında toz-dumanlı mənzərə,

Yenilmir qəhrəmanım döyüşlərdə bir kərə.

Onunçün çox əzizdir bu Vətənin hər daşı,

Bu sevgi, bu eşq ilə qazanır hər savaşı.

Doğma kəndi Məmmədbəylinin azad edilməsində hünər göstərən Surxayın taboru Şuşayadək yol boyu ancaq və ancaq qələbə ilə irəliləyir. Asya bu şanlı yürüşü öz yaşantısı kimi şövqlə tərənnüm edir:

Hər gün yeni bir plan, hər gün yeni bir səfər,

Hər gün yeni bir hücum, hər gün yeni bir zəfər.

Azad olur birbəbir yüksəkliklər, zirvələr,

Zəfər sevinci ilə ötür günlər, həftələr.

Füzulinin, Cəbrayılın, Zəngilanın, Xudafərinin, Suqovuşanın, Hadrutun, Qubadlının azad olunmasında öz taboru ilə bərabər fədakarcasına vuruşan Surxay Xocavənddə, Daşaltıda rəşadət göstərən əsgərləriylə Şuşa uğrunda döyüşlərə qatılır:

Şuşaya qalxmaq üçün seçilmişdi igidlər,

Xüsusi təyinatlı təlimlərdən keçənlər.

Surxayın taborundan vardı on yeddi nəfər,

Hərəsi bir qəhrəman, hərəsi bir cəngavər.

Surxayın son döyüşünün poemada təsviri xüsusilə həyəcanlıdır. Şuşa uğrunda döyüşdə Surxay və igidləri qəhrəmancasına həlak olurlar:

Düşür arxası üstə torpağa gənc kapitan,

Axan qanı dayanmır, sozalır o anbaan.

Köməyə gələnlərin səsi gəlir uzaqdan

Komandir yavaş-yavaş uzaqlaşır həyatdan...

Asya qəhrəmanın ailəsini, ömür-gün yoldaşı Laləsini, oğlu Uğuru, Vətən savaşı başlayan gün doğulan, Surxayın görmədiyi Fidanını doğmalıqla təqdim edir, onlara qoşulub Surxayı ağlayır:

Dağlardan, düzlərdən, çöllərdən keçib,

Nəfəsin Şuşada dərən Surxayım.

Düşmən bayrağını murdar əskitək,

Ayaqlar altına sərən Surxayım.

...Sən Vətən himninin hər kəlməsini,

Axan al qanınla yazan olmusan.

“Hüququndan keçib” Vətən uğrunda

Elə Vətən boyda Vətən olmusan.

Asya qəhrəmanının ön xətdə, Şuşanın bir addımlığında yaralı halda qarşılarındakı son düşmən əsgərini də məhv etdikdən sonra şəhid olduğunu ağrı ilə təsvir edir:

Payız günü doğulmuşdu,

Payız günü şəhid oldu.

İki yağış arasında doldu ömür,

İki payız arasında qaldı ömür.

Ölümüylə qalib gəldi qəlbindəki o ağrıya,

O acılı xatirəyə

Bu payızda qələbənin üzü oldu,

Ucalığın özü oldu

Və qovuşdu ölməzliyə.

Müəllif poemada haqlı olaraq öz qəhrəmanını, onun timsalında fədakar Azərbaycan əsgərini Vətənlə eyniləşdirir, Vətənin vəsvi ilə başladığı dastanını şəhid Qəhrəmanına müraciətlə bitirir:

...Sən ey mənim Vətənimin qəhrəmanı,

Sən ey mənim əsərimin qəhrəmanı.

Yumruq boyda ürəyinə,

Sığdırmışdın bu Vətəni.

Qibtə edib hünərinə

Vətən dedim mən də sənə.

Sən Vətənsən.

Vətən Sənsən.

Acı ilə qalan bizik,

Qürur ilə gedən Sənsən.

Yuxarıda qeyd edildiyi kimi, poemanın müəllifinin ailəsi əsərin qəhrəmanı Surxay kimi yağışlı-çıskinli bir payız günündə qaçqın düşüb fiziki və ruhi sarsıntılar keçirdiyinə və həmin qorxulu günləri heç unutmadığına görə Asya da payız fəslini sevmir, 27 il hər payız “o payızı” xatırladır və Araza – İran sərhəddinə sığındıqları həmin günlərin acı xatirəsi təkrar canlanır. Lakin 8 noyabr 2020-ci ildə Vətən Müharibəsindəki şanlı qələbə bütün sınıq könüllərə, dərdli ürəklərə, qaysaqlanmamış yaralara dərman olanda Asya payızı yenidən sevməyə başlayır, bu artıq adi payız deyildi, Qələbə Payızı idi:

...Sevməmişəm payız səni.

Amma bu il sevdim səni!

Atəş səsi ilə açılan səhərini sevdim, payız!

Mövsümündə əsgərimin hünərini sevdim, payız!

Torpaqların “Azad oldu” xəbərini sevdim, payız!

Bu xəbərin məni boğan qəhərini sevdim, payız!

Ordumuzun Qarabağda zəfərini sevdim, payız!

Prezidentin Xudafərin səfərini sevdim, payız!

Mən səni sevdim, payız!

Mən səni sevdim, payız!

Xalqımızın bu zəfər payızı, hələ neçə dastanlara mövzu olacaq, neçə-neçə payız küskünlərinin qəlbini isidəcək, yoluna işıq saçacaq. Mətin Vətən övladlarının, Surxay və surxaylarımızın ölməz şəhid ruhu el məhəbbətindən yoğrulan neçə dastanlarımızdan boylanacaqdır.

Əminliklə deyə bilərik ki, Vətən müharibəsi, şanlı Qələbəmiz illər boyu şair və yazıçılarımızı bu mövzuya cəlb edəcək, bir-birindən maraqlı əsərlər yaranacaqdır. Birinci Qarabağ savaşı zamanı qaçqın düşən ailənin övladı kimi Asya Əhmədovanın həmkəndlisi qəhrəman zabit Surxay Əbdül oğlu Noçuyevin mübarizə və şəhidlik yolunu nəzmə çəkib kitab kimi nəşrə təqdim etdiyi bu əsər də insanların qəlbində və yaddaşında təqdirə layiq yer tutacaqdır. Çünki bu əsər incə ruhlu, yurdsevər bir Azərbaycan qızının Vətənə, şəhid və qazilərimizə  sonsuz məhəbbət və sədaqətinin təcəssümüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:387
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri