Sən yeri dəyişməyən məhəbbətimsən | Icma.az
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Səni sevməyi bir bilsən, necə sevirdim...
Baxışının hər küncündə bir dünyam var idi. O dünyam ki, səni alıb aparırdım ucu-bucağı görünməyən uzaq sahillərə.
Yenə də yol gedirik səninlə, mənim körpə mələyim. Səni yenə sevməyi çox sevirəm. Amma indi elə bil bir az gücüm tükənir, axı.
Qorxuram sanki, əlini buraxsam, daha yoluma davam edə bilməyəcəm. Ayaqlarım elə bil yorulub, nədi...
Amma var-qalan gücümlə yenə də dayanmağa çalışıram, mələyim".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşımında yazıb.
O, sözlərinə belə davam edib: "Bu şəkli çəkdiyim günü yaxşı xatırlayıram. "Aynim, dayan, şəklini çəkim", dedim.
Hər addımının bir rəsmi var könlümdə. Hamısının adı "Səni sevirəm"di. Səni heç kim mənim kimi sevə bilməz, körpəm.
Tam oxu
Xəbəri oxu