Icma.az
close
up
RU
Sən yeri dəyişməyən məhəbbətimsən

Sən yeri dəyişməyən məhəbbətimsən

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səni sevməyi bir bilsən, necə sevirdim... Baxışının hər küncündə bir dünyam var idi. O dünyam ki, səni alıb aparırdım ucu-bucağı görünməyən uzaq sahillərə. Yenə də yol gedirik səninlə, mənim körpə mələyim. Səni yenə sevməyi çox sevirəm. Amma indi elə bil bir az gücüm tükənir, axı. Qorxuram sanki, əlini buraxsam, daha yoluma davam edə bilməyəcəm. Ayaqlarım elə bil yorulub, nədi... Amma var-qalan gücümlə yenə də dayanmağa çalışıram, mələyim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşımında yazıb. O, sözlərinə belə davam edib:

"Bu şəkli çəkdiyim günü yaxşı xatırlayıram. "Aynim, dayan, şəklini çəkim", dedim. Hər addımının bir rəsmi var könlümdə. Hamısının adı "Səni sevirəm"di. Səni heç kim mənim kimi sevə bilməz, körpəm. Sən mənim üçün heç vaxt yeri dəyişməyən məhəbbətim, son ümidim, pənahım, əlimdən var gücü ilə yapışan, məni gücüm tükəndikcə yıxılmağa qoymayan yol yoldaşım. Kaş ki, bütün yola çıxdıqlarımız əlimizdən beləcə yapışa. Bizi yarı yolda qoymaya. Amma yox! Həyatın amansız qanunu var. Bir gün kimsə, istəmədən də olsa, əllərimizi buraxacaq. Mənim kimi... Deyəsən, axı, gedə bilmirəm, daha balam. Çox çalışıram... Amma yavaş-yavaş deyəsən, yaş öz sözünü deyir.

O körpə əllərin... Axı, mən hələ böyüməmişəm... Yolun hələ tam yarısıdı, hələ qarşıda çox keçəcəyimiz yollar, çaylar, dənizlər, tufanlar, yağışlar, çovğun qarlar, boranlar var...
Sənsiz neylərəm? "Əlimi buraxma" – deyir... Amma mən istəmirəm ki, yavrum bunu bil... Dünyanın amansız hökmü budur. Biz bunu istəməsək də, belədir Atalar, analar, kimsələrimiz bir gün harasa gedir.

Amma darıxma, yavrum... Bir az gücüm qalıb, tam tükənməyib. Hələ ki, dayana-dayana da olsa gedirəm işıqlı-qaranlıqlı dünyanın sayğacı ilə. Gah dayanır, gah da ildırım sürəti ilə keçir zamanı. Beləcə, gedirik səninlə uzun ömür yolunu, mənim mələyim.

Bu günə qədər sağ əlinlə tuturdun əlimdən, yavrum. İndi isə hər iki əlinlə tut əlimdən, yaxşı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri