Şənbə üçün nəzm | Icma.az
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir. Allah, mənə bir az bəxt ver, bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım, Bir az sərvaxt yaşayım. Mənə gecələr yuxu, Səhərlər gümrahlıq ver. Mənə bir damcı qorxu, Bir damcı toxtaqlıq ver.
Bir az ümiddən yolla, Bir az işıq at, bəsdi. Bir az ağıl ver, seçim Nə bəsdi, nə əbəsdi. Bir az mərhəmət göndər, Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa Bir yerim olsun xəlvət. Bir tikə çörək tapım, Bir parç su, yaşayaram. Bir də, qızımı qoru, Nə versən, daşıyaram.
AYNUR ÜÇÜN Qızım, paltarını yığ, yığış gedək, daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox, bircə yolumuz var, o da gələcək. Biz güclü deyilik, zəifik, zəif, gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər Bu cavan adamlar, yaşlı adamlar. - Hara gedəcəyik? - Burdan uzağa. - Orda məktəb varmı? - Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq? - Bizsiz də o evdə qalan tapılar. Daha sual vermə, cavabım yoxdur, hər gün əsəblərim itir bu yerdə...
Tam oxu
Xəbəri oxu