Şənbə üçün nəzm | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Səni harda başladım? Harda bitirdim səni?
Çıxdım ürəyimin qapısınacan, Ötürdüm səni. Yolun yaxın olmasın.
Nə doğmamsan, nə yadım, Əllərini üz, dedin, Ümidini kəs, dedin, Kəsdim, Yeddi qapıya payladım. Azın, çoxun qalmasın.
Ruh deyilsən, can deyilsən, Həvəssən, bədəndən çıxdın. Elə də sevmədim səni. Ürəyimin zirvəsinə Hərdən çıxdın... Eh!
Mənim də gizli-gizli Darıxmağım olmasın. *** İnnən belə sən də lazım deyilsən, Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən, Vaxt lazımdı ki, özümü cəmliyəm. Nəyin var ki? Sözünü tutmağın yox, Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim, Ürəyimdən topladığım bar sənin. Bu gecə də özün yoxsan, sözün var, Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində, Görürsənmi? Küsüb danışmaq olur. Mən indi hər şeyi unudum gərək, Geriyə qayıdım o boyda yolu.
Tam oxu
Xəbəri oxu