Sənətin yaddaşında yaşayan tarix | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat yayır. 1990-cı il Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
20 Yanvar faciəsi yalnız Bakının küçələrində tökülən günahsız qanla deyil, həm də sovet ideologiyasının iflası, imperiya düşüncəsinin insan həyatına qarşı laqeydliyi ilə yadda qaldı.
Həmin günlərdə Azərbaycanın səsi dünya ictimaiyyətinə çox çətinliklə çatırdı.
Lakin bu səs bəzən siyasət tribunalarından yox, mədəniyyət kürsülərindən, sənətin incə, amma təsirli dilindən yüksəlirdi.
Məhz belə məqamlarda Firəngiz Əlizadə kimi sənətkarların missiyası təkcə musiqi yaratmaq deyil, xalqının taleyini dünyaya anlatmaq idi.
Firəngiz xanımın 1988-ci ildə “ABŞ/SSRİ Gənc Bəstəkarlar Mübadiləsi” adlı konfransda iştirakı ilə başlanan yolu sonrakı maraqlı və tarixi əhəmiyyətli hadisələrə cığır açdı.
Xanım bəstəkar o günləri belə xatırlayır: “O dövrdə biz Cahangirlə təzə evlənmişdik. Onda tez-tez Amerikadan dəvətlər alırdım.
1989-cu ildə həyat yoldaşım Cahangir Zeynallı ilə Amerikaya getdik.
Tam oxu
Xəbəri oxu