Sənin istədiyin kimi bir qadın oldum Video

08.09.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı Afaq Gəncəli doğum günü münasibətilə paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında indiki və uşaqlıq halını canlandıran video yayımlayaraq, bunları yazıb. Afaq həyatında yaşadığı çətinliklərdən, güclü və zərif qadına çevrilməsindən bəhs edib:

“Həyatımız güzgü kimidir... Özümüz özümüzə baxanda içimizdəki o balaca uşaqla, o məsum özümüzlə pıçıldaşırıq. Çünki ən gizli, ən dərin etiraflarımızı yalnız özümüzə rahatlıqla pıçıldaya bilərik”.

Aparıcı özünü “Afaqım” deyə çağıraraq onun istədiyi kimi bir qadın olduğunu vurğulayıb:

“Səni təbrik edirəm, çünki mən sənin istədiyin kimi bir qadın oldum: həm sarsılmaz dərəcədə güclü, həm də kövrək və zərif... Bəlkə haradasa aciz qaldım, yıxıldım... O acizliyimi bağışla mənə. Mənim əlimdə, gücümdə olmayan o çarəsiz anları, sənə yaşatdığım o kədərli günləri bağışla”.

Afaq qeyd edib ki, bundan sonra özünə baxanda gözlərində yalnız fəxarət hissi görmək istəyir:

“Çalışacağam ki, sən mənə hər dəfə baxanda gözlərində yalnız fəxarət hissi olsun: mənə baxıb “Sən nə qədər mətin, nə qədər müdrik və xoşbəxtsən... Mən səni həmişə belə görmək istəyirdim” deyəsən”.

Aparıcı paylaşımının sonunda gələn il də güzgü qarşısında özünə müraciət edəcəyini yazıb:

“Düz bir ildən sonra biz səninlə bu güzgü qarşısında yenidən görüşəcəyik. Yenə göz-gözə dayanıb, yenə dərdləşib, yenə hesablaşıb və təbrikləşəcəyik. Səni yenə təbrik edəcəyəm, mənim balaca Afaqım... Ad günün mübarək olsun!”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью