Sənin istədiyin kimi bir qadın oldum Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aparıcı Afaq Gəncəli doğum günü münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında indiki və uşaqlıq halını canlandıran video yayımlayaraq, bunları yazıb. Afaq həyatında yaşadığı çətinliklərdən, güclü və zərif qadına çevrilməsindən bəhs edib:
“Həyatımız güzgü kimidir... Özümüz özümüzə baxanda içimizdəki o balaca uşaqla, o məsum özümüzlə pıçıldaşırıq. Çünki ən gizli, ən dərin etiraflarımızı yalnız özümüzə rahatlıqla pıçıldaya bilərik”.
Aparıcı özünü “Afaqım” deyə çağıraraq onun istədiyi kimi bir qadın olduğunu vurğulayıb:
“Səni təbrik edirəm, çünki mən sənin istədiyin kimi bir qadın oldum: həm sarsılmaz dərəcədə güclü, həm də kövrək və zərif... Bəlkə haradasa aciz qaldım, yıxıldım... O acizliyimi bağışla mənə. Mənim əlimdə, gücümdə olmayan o çarəsiz anları, sənə yaşatdığım o kədərli günləri bağışla”.
Afaq qeyd edib ki, bundan sonra özünə baxanda gözlərində yalnız fəxarət hissi görmək istəyir:
“Çalışacağam ki, sən mənə hər dəfə baxanda gözlərində yalnız fəxarət hissi olsun: mənə baxıb “Sən nə qədər mətin, nə qədər müdrik və xoşbəxtsən... Mən səni həmişə belə görmək istəyirdim” deyəsən”.
Aparıcı paylaşımının sonunda gələn il də güzgü qarşısında özünə müraciət edəcəyini yazıb:
“Düz bir ildən sonra biz səninlə bu güzgü qarşısında yenidən görüşəcəyik. Yenə göz-gözə dayanıb, yenə dərdləşib, yenə hesablaşıb və təbrikləşəcəyik. Səni yenə təbrik edəcəyəm, mənim balaca Afaqım... Ad günün mübarək olsun!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Sentyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















