Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. Kulis.az Yalçın İslamzadənin yazısını təqdim edir.
Parkda üç gənc var idi, bir qız, iki oğlan. Qızla oğlanlardan birinin bədən dilləri və jestləri digər oğlana mütəmadi "get" siqnalı verirdi.
Ancaq üçüncü şəxs siqnalları oxuya bilmirdi, elə bilirdi ki, onun da orada olmasından digər şəxslər çox məmnundurlar.
Çünki özünə o an orda olmaq xoş idi. Kimsə zəng edir, nəsə öyrənmək istəyir.
"Bilmirəm, yalan deyərəm, dəqiq məlumatım yoxdur" kimi ifadələr ona heç nə ifadə etmir, israr etdikcə edir.
Ona bir məlumat lazımdır və sən onu tapıb verməyə borclusan sanki.
Taksi sürücüsü kiçik Leapmotor 103 maşınında siqaret çəkir, müştəri nümayişkar formada küləkli havada pəncərələri açır, ancaq sürücüyə dəxli yoxdur.
O an siqaret çəkmək istəyir və çəkir. Onun dünyasında əməlindən narahat olan şəxsin yeri yoxdur.