Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Onkoloqdan SOS!
“Etil spirti normadan artıq istifadə olunanda DNT-yə zərər verir və xərçəng yaradır” Avropa Kimya Agentliyi (ECHA) etanolun (etil spirti və ya adi spirt - red.) kanserogen kimi təsnif edilməsini nəzərdən keçirir.
Bu da onun səhiyyə müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb ola bilər.
Moderator.az “Yeni Müsavat”-a istinadla xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Məlumata görə, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə üçün etil spirtini xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə qismində qeyd edib.
Bildirilir ki, ECHA-nın Aktiv Biosid Maddələr Komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək.
Məhz o vaxt agentlik etanolun insanlar üçün təhlükəli maddə kimi mümkün təsnifatı barədə qərar qəbul edəcək.
Daha sonra tövsiyə Avropa Komissiyasına göndəriləcək və yekun qərarı bu instansiya verəcək.