Icma.az
close
up
RU
Sensasiya: spirt qadağan edilir xərçəng riski, hamiləliyə təhlükə...

Sensasiya: spirt qadağan edilir xərçəng riski, hamiləliyə təhlükə...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onkoloqdan SOS! “Etil spirti normadan artıq istifadə olunanda DNT-yə zərər verir və xərçəng yaradır”

Avropa Kimya Agentliyi (ECHA) etanolun (etil spirti və ya adi spirt - red.) kanserogen kimi təsnif edilməsini nəzərdən keçirir. Bu da onun səhiyyə müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb ola bilər.

Moderator.az “Yeni Müsavat”-a istinadla xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Məlumata görə, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə üçün etil spirtini xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə qismində qeyd edib.

Bildirilir ki, ECHA-nın Aktiv Biosid Maddələr Komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək. Məhz o vaxt agentlik etanolun insanlar üçün təhlükəli maddə kimi mümkün təsnifatı barədə qərar qəbul edəcək. Daha sonra tövsiyə Avropa Komissiyasına göndəriləcək və yekun qərarı bu instansiya verəcək.

FT əlavə edib ki, alkoqol əsaslı dezinfeksiyaedici maddələr hazırda Avropa İttifaqında təhlükəsiz vasitələr kimi tanınır və 1990-cı illərdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Əsas Dərmanlar Siyahısına daxil edilib.

Bəs söhbət tibb müəssisələrində etil spirtinin konkret hansı şəkildə istifadəsindən gedir? Məlumdur ki, spirtdən hazırlanan və daxilə qəbul edilən bir sıra maye preparatlar var. Həmçinin bir çox içkilərin tərkibində yüksək faizdə etil spirti olur. Onlar da xərçəng yaradan təhlükəli vasitələr qrupuna aid edilə, satışı və istifadəsi yasaqlana bilərmi? Spirtli içki və ya onun tibbi tətbiqi xərçəng yaradırmı?

Avropa Kimya Agentliyi bu təsnifatı ilə bəzi beynəlxalq və sənaye qurumları razı deyil. Almaniyanın dərman və tibbi texnologiya birlikləri, həmçinin gigiyena sənayesini təmsil edən təşkilatlar bildirirlər ki, etil spirtinin dezinfeksiyaedici vasitələrdə istifadəsi illərdir təhlükəsiz və effektiv hesab olunur. Onların fikrincə, bu maddə xəstəxanalarda, əməliyyat öncəsi sterilizasiyada, tibbi alətlərin təmizlənməsində və ümumi gigiyena məqsədləri üçün əvəzolunmazdır. Etil spirti bu sahələrdə qısamüddətli və xarici istifadə olunduğu üçün onun xərçəng riski yaratması barədə konkret elmi sübutlar yoxdur. Qurumlar xəbərdarlıq edir ki, bu maddənin qadağan edilməsi halında, effektiv alternativlərin tapılması çətin ola bilər.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi artıq etanolun içki şəklində qəbulunu “insanlar üçün kanserogen” kimi təsnif edib. Onların məlumatına görə, spirtli içkilərin tərkibindəki etanol orqanizmdə asetaldehid adlı maddəyə çevrilir ki, bu da hüceyrə DNT-sinə zərər vura və müxtəlif orqanlarda xərçəng riskini artıra bilər. Bu risk xüsusilə ağız boşluğu, boğaz, qida borusu, qaraciyər və döş xərçəngi ilə əlaqələndirilir. Aparılmış elmi tədqiqatlar göstərir ki, spirtin təhlükəsiz miqdarı yoxdur və az miqdarda belə qəbul edildikdə sağlamlığa zərər vura bilər.

Buna baxmayaraq, sənaye mütəxəssisləri hesab edirlər ki, spirtli içkilərdəki etanolun təsiri ilə dezinfeksiya məqsədilə istifadə edilən etanolun təsiri fərqlidir. Onlar bildirirlər ki, birincisi daxilə qəbul olunur və uzunmüddətli təsir göstərir, digəri isə xarici, qısa müddətli istifadə üçündür. Hazırda bu fərqin ECHA tərəfindən nəzərə alınıb-alınmayacağı bəlli deyil.


Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, spirt yalnız tibbi sahədə deyil, eyni zamanda kosmetik vasitələrin və bəzi qida məhsullarının tərkibində də istifadə olunur. Onun sözlərinə görə, burada əsas məsələ spirtin hansı miqdarda və necə istifadə olunmasıdır. Avropa Kimya Agentliyinin açıqlamasında da vurğulanan məqam məhz miqdarla bağlıdır. O qeyd edir ki, spirtin çox miqdarda və nəzarətsiz istifadəsi orqanizmdə zərərli dəyişikliklərə səbəb ola bilər. Onkoloqun izahına görə, xərçəng xəstəliyinin yaranmasına səbəb olan amillər çoxdur. Bu amillərdən biri də spirtin yüksək dozada istifadəsi nəticəsində DNT-yə vurulan zərərdir: “DNT zədələndikdə, hüceyrələrin normal fəaliyyəti pozulur. Normal hüceyrə böyüyür, bölünür və müəyyən müddətdən sonra məhv olur. Lakin xərçəng hüceyrələri bu təbii prosesi pozur, nəzarətsiz şəkildə böyüyür və çoxalır. Bu prosesin başlanmasında DNT-nin funksiyasının pozulması əsas rol oynayır. Etil spirtinin dozadan artıq istifadəsi məhz bu cür dəyişikliklərə səbəb olduğu üçün onun istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərar müzakirə olunur. Spirtin minimum səviyyədə istifadəsi həm xərçəng, həm də digər xəstəliklərin qarşısının alınmasında önəmli rol oynaya bilər”.

Onkoloqun sözlərinə görə, koronavirus pandemiyası zamanı spirtdən həm tibdə, həm də gündəlik həyatımızda çox istifadə edilirdi: “Bu dövrdən sonra xərçəng hallarının artması müşahidə olundu”.

“Bəs bu artımın spirtdən istifadə ilə əlaqəsi ola bilərmi” sualına mütəxəssis belə cavab verib: “Xərçəngin yaranmasının bir səbəbi də infeksiyanın olmasıdır. Təbii ki, koronavirus da virus mənşəli olduğuna görə Hepatit B, Hepatit C bir çox xərçəng növlərinin yaranmasına gətirib çıxarır. Eyni zamanda koronavirus da virus mənşəli olduğuna görə bu ağciyər toxumasını zədələyir. Əslində burada söhbət daha çox ağciyər xərçənginin yaranmasından gedir”.

Bununla yanaşı, həkim hesab edir ki, xərçəngin yaranmasında ən ciddi rol oynayan amil stressdir. Onun fikrincə, pandemiya dövründə insanlar əsasən virusun özündən yox, onun yaratdığı psixoloji gərginlikdən əziyyət çəkirdilər. Televiziya və sosial şəbəkələrdə virusdan ölən insanların görüntüləri, xəbərlərdə yayılan statistika və qeyri-müəyyənlik insanlarda ciddi stressə səbəb olurdu. Bu vəziyyət yalnız xərçəng deyil, ürək-damar xəstəliklərinin də artmasına gətirib çıxarıb.

Fərid Museyibovun ümumi qənaətinə görə, hər hansı maddənin zərərli və ya təhlükəli olub-olmaması onun nə qədər və necə istifadə olunmasından asılıdır: “Spirt düzgün dozada və lazım olan şəraitdə istifadə olunarsa, təhlükə yaratmaya bilər. Lakin uzunmüddətli, dozası aşılmış və məqsəddən kənar istifadə sağlamlıq üçün ciddi risklər doğura bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:311
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri