SEPAH ABŞ ın Omandakı radar sistemlərinə zərbələr endirib

17.07.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ABŞ-ın Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-ın Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində yerləşən hava nəzarət radarını hədəfə alaraq məhv edib.

Eyni zamanda, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью