SEPAH ABŞ ın Omandakı radar sistemlərinə zərbələr endirib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-ın Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-ın Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində yerləşən hava nəzarət radarını hədəfə alaraq məhv edib.
Eyni zamanda, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:SEPAH: İran ABŞ ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
06 Sentyabr 2026 05:21
SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib
27 İyun 2026 10:15
SEPAH İordaniyada ABŞ bazasına zərbələr endirib
17 İyul 2026 14:45
ABŞ Omandakı bəzi diplomatlarına ölkədən çıxmağı əmr etdi
14 Mart 2026 12:17
SAXAL SEPAH ın obyektlərinə silsilə miqyaslı zərbələr endirib
16 İyun 2025 09:25
Baxış sayı:149
Bu xəbər 17 İyul 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















