Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üçüncü neft tankerinin minaya düşərək partladığını bildirib və buna görə ABŞ-ı günahlandırıb. Bu barədə SEPAH-a istinadən IRIB məlumat yayıb.
"Özünün Hörmüzə yaxınlaşmağa cəsarəti olmayan Amerika ordusu boğazın açıq olması yalanı ilə neft tankerlərini atəşə sürükləyir", - SEPAH-dan bildirilib və əlavə edilib ki, Hörmüz boğazının icazəsiz (İranın elan etdiyi istiqamətdən kənar-red.) marşrutunda üçüncü neft tankeri dəniz minasına çırpılaraq partlayıb.
Qeyd olunub ki, bu neft tankeri Hörmüz boğazının şərq bölgəsində yanmaqdadır və yanğından yaranan tüstü Hörmüz boğazının səmasını bürüyüb.
Mətləb