SEPAH buna görə ABŞ ı günahlandırdı
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üçüncü neft tankerinin minaya düşərək partladığını bildirib və buna görə ABŞ-ı günahlandırıb. Bu barədə SEPAH-a istinadən IRIB məlumat yayıb.
"Özünün Hörmüzə yaxınlaşmağa cəsarəti olmayan Amerika ordusu boğazın açıq olması yalanı ilə neft tankerlərini atəşə sürükləyir", - SEPAH-dan bildirilib və əlavə edilib ki, Hörmüz boğazının icazəsiz (İranın elan etdiyi istiqamətdən kənar-red.) marşrutunda üçüncü neft tankeri dəniz minasına çırpılaraq partlayıb.
Qeyd olunub ki, bu neft tankeri Hörmüz boğazının şərq bölgəsində yanmaqdadır və yanğından yaranan tüstü Hörmüz boğazının səmasını bürüyüb.
Mətləb
Bu mövzuda digər xəbərlər:Pezeşkian müharibədə SEPAH ı günahlandırdı
05 May 2026 15:53
İran iğtişaşlara görə ABŞ ı günahlandırdı
08 Yanvar 2026 16:47
SEPAH ABŞ ı hədələyib
22 Mart 2026 22:45
Makron ABŞ ı Avropanı zəiflətməkdə günahlandırdı...
20 Yanvar 2026 23:25
ABŞ buna görə yenidən Çini günahlandırdı
03 Fevral 2025 15:02
Baxış sayı:120
Bu xəbər 11 Noyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















