Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lev Tolstoy “Dirilmə” əsərində qəhrəmanı Nexlyudovun dili ilə XIX əsr Rusiya aristokratiyasının iyrəncliyini, məmurların özbaşınalığını, yerlərdə ağaların kəndlilərin “dərisini soymasını”, dindarların riyakarlığını bütün çalarları ilə təsvir və ifşa edir.
Böyük ədibin əsərində yaratdığı reallığın, müəyyən kontekstdə, bu gün Rusiyada baş verənlərə bənzədiyini deyə bilərik.
Ən azı, çağdaş dövrün rus şovinistlərinin, SSRİ adlı Şər imperiyasının dirilməsini arzulayanların simasında əsərdəki bir çox “qəhrəmanların” prototiplərinin zühur etdiyi şübhəsizdir...
Zühur edənlərdən biri velikorus nasional şovinizminin “mənəvi atalarından” sayılan Aleksandr Duqindir.
Onun təzadlı və avantürist çıxış və bəyanatlarını az eşitməmişik.
64 yaşlı ideoloq bu dəfə yalnız diplomatik həddi deyil, bütün qırmızı xətləri keçib.
Bu başabəla filosof-politoloq yeni “Qırmızı imperiya”nın modelinin yaradılmasını zəruri sayır.