Icma.az
close
up
RU
Şər imperiyaları “dirilmir”

Şər imperiyaları “dirilmir”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lev Tolstoy “Dirilmə” əsərində qəhrəmanı Nexlyudovun dili ilə XIX əsr Rusiya aristokratiyasının iyrəncliyini, məmurların özbaşınalığını, yerlərdə ağaların kəndlilərin “dərisini soymasını”, dindarların riyakarlığını bütün çalarları ilə təsvir və ifşa edir. Böyük ədibin əsərində yaratdığı reallığın, müəyyən kontekstdə, bu gün Rusiyada baş verənlərə bənzədiyini deyə bilərik. Ən azı, çağdaş dövrün rus şovinistlərinin, SSRİ adlı Şər imperiyasının dirilməsini arzulayanların simasında əsərdəki bir çox “qəhrəmanların” prototiplərinin zühur etdiyi şübhəsizdir...

Zühur edənlərdən biri velikorus nasional şovinizminin “mənəvi atalarından” sayılan Aleksandr Duqindir. Onun təzadlı və avantürist çıxış və bəyanatlarını az eşitməmişik. 64 yaşlı ideoloq bu dəfə yalnız diplomatik həddi deyil, bütün qırmızı xətləri keçib. Bu başabəla filosof-politoloq yeni “Qırmızı imperiya”nın modelinin yaradılmasını zəruri sayır. Onun sözlərinə görə, keçmiş sovet respublikalarının müstəqilliyi və inteqrasiyası Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyatların” nəticəsindən birbaşa asılıdır. Yəni bu adam açıq şəkildə postsovet ölkələrini, onların müstəqilliyini hədəfə alir. “Kremlin beyni” adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini şübhə altına alan fikirlərini bundan əvvəl də yenidən gündəmə sırımağa cəhdlər edib. Ukrayna “zəfərindən” sonra yeni “Avrasiya imperiyası”nın yaradılacağına eyham vuran “siyasi strateq” postsovet ölkələrin suverenliyinə növbəti dəfə dil uzadıb. Onun “Moskva suveren Azərbaycanın mövcudluğu ilə razılaşa bilməz” bəyanatı isə nə sağlam məntiqə, nə də siyasi diskursa sığır.

Daha heç nəyi gizlətmək mümkün deyil: Rusiyada ideoloji magistralda əyləcdən istifadə etmək “unudulub”. Yəni Kremlin təbliğat maşını daha maskalanmağa ehtiyac duymur. Moskva dünənədək “çoxqütblülük”, əməkdaşlıq” və “dialoq” pərdəsinə bürünməyə çalışdıqlarını yüksək səslə bəyan edir. Belə olmasaydı, Aleksandr Duqin açıq şəkildə postsovet ölkələrin, o cümlədən Azərbaycanın suverenliyinə qarşı çıxmağa cürət etməzdi.

Bu yaxınlarda digər şovinist, teleaparıcı Vladimir Solovyov da eyni nota köklənərək, oxşar məxrəc üzərində danışdı, mahiyyətcə Duqinin imperialist xülyalarına yaxın məqamları təkrarladı. Bunlar heç də Kremlin muzdlu ideoloqlarının “özəl fikirləri” və ya təsadüfi siyasi isterika deyil. Məqsəd ictimai rəyə ötürməyə çalışdıqları tezislərə reaksiyanı öyrənmək, məqbul sayılacaq ideoloji xəttin sərhədlərini müəyyənləşdirmək və qonşularına rəsmi Moskvanın onların müstəqilliyinə necə yanaşdığını xatırlatmaqdır.

Şübhə doğurmayan həqiqət ondan ibarətdir ki, Şimaldan səslənən imperiya qoxulu bəyanatlar Kremldəki real düşüncənin birbaşa sübutudur. Onların altniyyətli düşüncəsinə görə, dünənki ittifaq respublikalarının suverenliyi hələ də beynəlxalq hüququn subyekti, dünya nizamının norması deyil, “tarixi səhvdir”.

Aleksandr Duqin özünün məsuliyyətsiz açıqlamasında Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi müstəqil dövlətlərin mövcudluğunu şübhə altına alıb. Özbəkistan parlamentinin deputatı Şahnaz Xolməhmətova rusiyalı filosofun ölkəsinin suverenliyinə yönələn məsuliyyətsiz bəyanatına kəskin və tutarlı cavab verib. Parlament üzvü çıxışında bildirib ki, suverenliyə qarşı yönəlmiş hər hansı aqressiv yanaşma qətiyyətli cavabla qarşılanacaq və kənar müdaxilələrə yol verilməyəcək. Ölkəsinin daxili işlərinə müdaxilə cəhdlərinin dayandırılmasının vacibliyini diqqətə çatdıran deputat vurğulayıb ki, Özbəkistan suveren dövlətdir və heç vaxt heç kimin təsir dairəsinə daxil olmayacaq. Onun sözlərinə görə, ölkə beynəlxalq əməkdaşlığa açıqdır, lakin bu münasibətlər yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında mümkündür. Deputat sözlərinə onu da əlavə edib ki, özbək xalqının iradəsi və müstəqilliyi heç bir ideoloji yanaşma ilə şübhə altına alına bilməz. Eyni mövqeyi yüzdəyüz biz də bölüşürük.

“Qırmızı imperiya” modelini yenidən gündəmə gətirmək xülyasına düşən Duqin 70 il SSRİ adlı “xalqlar həbsxanasında” inləmiş, bu gün dünya birliyinin tamhüquqlu üzvü olan respublikaların suverenliyini və siyasi iradəsini qəbul etməyə bilər. Amma duqinlər, solovyovlar, zatulinlər danılmaz həqiqəti anlamaq istəmirlər ki, tarix Şər imperiyalarından hansınınsa yenidən “dirildilməsi” faktını tanımır.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri