“Sərhəd kəndlərini qorumasaq...” Komitə sədri büdcə müzakirələrində mühüm təkliflər verib …
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Zəfər ayında və Vətən müharibəsində Qələbəmizdən sonra Qlobal ilqim Zirvəsinin uğurla keçiirildiyi hazırki tarixi günlərdə Ali Baş Komandanın liderliyinin dünya miqyasında nümayişinə çevrildi.
Belə dövrdə ölkəmizin uğurlu inkişafına xidmət edən ali maliyyə sənədi-2025-ci ilin dövət büdcəsi ilk növbədə, regional və beynəlxalq təhlükələr nəzərə alınmaqla hazırlandığı üçün onu “təhlükəsizlik büdcəsi” adlandıra bilərik”.“AzPolitika” xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlament komitələrinin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, dövlətin bütün sosial öhdəlikləri yerinə yetirə biləcək səviyyədə layihədə əksini tapıb: “İlk növbədə, planetar hadisəyə çevrilən iqlim sammitinin dünyəvi nəticələrini nəzərə alaraq, xatırlatmaq istərdik ki, Prezidentin 2011-ci il sərəncama görə enerji sektorunun inkişafı üzrə uzunmüddətli strategiyanın hazırlanması tapşırılıb.
Bir çox əəhəmiyyətli işlər də görülüb. Təklif edirik ki, Hökumət vahid sənəd-Enerji keçidi strategiyasını qəbul etsin.
Xatırladaq ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair, milli prioritetlərdə yaşıl keçid 5 hədəfdən biri kimi müəyyənləşib”.Komitə sədri xatırladıb ki, Böyük qayıdış üzrə dövlət proqramının icrası hazırda bir nömrəli məsələyə çevrilib.
Onun sözlərinə görə, azad torpaqlarda yüzlərlə sahibkarlıq subyekti fəaliyyət aparır:“Məcburi köçkünlərin və biznes subyektlərin yaratdıqları təsərrüfatlara ötən il parlamentdə qəbul edilən 10 illik vergi güzəştlərinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundan əldə olunan ilkin gəlirlər mövcuddur.
Təklif edirik ki, azad torpaqlardan müxtəlif növ gəlirlər büdcə qanununda ayrı sətirlə göstərilsin.
Tam oxu
Xəbəri oxu