Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Bir müddət öncə sosial şəbəkədə azərbaycanlı qız Nigar Eyyubovanın Cənubi Koreya
Amma bu nikahı adi qarşılayanlar da az olmamışdı...1990-ci illərədək azərbaycanlıların əcnəbilərlə evliliyi nadir hallarda baş verirdi.
Keçmiş SSRİ-nin qapalı sərhədləri və ideoloji məhdudiyyətlər buna əsas maneələr idi.
Lakin 1991-ci ildən sonra müstəqillik qazanan Azərbaycanın dünya ilə inteqrasiyası sürətləndi.
Xaricdə təhsil alan tələbələrin, sərhərlərdən kənara çıxan iş adamlarının və diaspor nümayəndələrinin sayı artdıqca, əcnəbilərlə qurulan isti münasibətlər də təbii hal aldı.Modern.az saytı "Azərbaycan vətəndaşlarının əcnəbilərlə son 1 ildəki evliliyi" mövzusunu araşdırmağa çalışıb.Müşahidələr göstərir ki, qloballaşmanın sürətlənməsi, insanların müxtəlif ölkələrə səfər etməsi, xarici təhsil və iş imkanlarının genişlənməsi, habelə sosial şəbəkələrin inkişafı azərbaycanlılarla bağlanan beynəlxalq nikahların sayını əhəmiyyətli dərəcədə artırıb.Rəsmi statistika göstərir ki, əcnənilərlə nikaha girən azərbaycanlılar əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və İran vətəndaşları ilə ailə qururlar.
Amma uzaq Afrikadan olanlara, Almaniya, Cənubi Koreya, Çin, hətta Yaponiyaya gəlin köçən azərbaycanlı qızlara da rast gəlinir.
Eləcə də Türkiyədən, Rusiyadan, hətta Avropadan gəlin gətirən azərbaycanlı ailələr də var.Bu nikahların arxasında bəzən sevgi, bəzən maddi imkanlar, bəzən isə vətəndaşlıq və hüquqi üstünlüklər dayanır.
Psixoloq Vüsalə Rüstəm deyir ki, əcnəbilərlə nikah yalnız fərqli dilləri deyil, fərqli mədəniyyətləri və dəyərləri də bir araya gətirir.