Icma.az
close
up
RU
Sərhədləri aşan evliliklər: Əcnəbi kürəkənlərimiz, xarici gəlinlərimiz ARAŞDIRMA

Sərhədləri aşan evliliklər: Əcnəbi kürəkənlərimiz, xarici gəlinlərimiz ARAŞDIRMA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddət öncə sosial şəbəkədə azərbaycanlı qız Nigar Eyyubovanın Cənubi Koreya vətəndaşı Çoi Yonn Seuqla toy şəkilləri yayılanda, bir çoxları bu evliliyi qınamışdı. Amma bu nikahı adi qarşılayanlar da az olmamışdı...
1990-ci illərədək azərbaycanlıların əcnəbilərlə evliliyi nadir hallarda baş verirdi. Keçmiş SSRİ-nin qapalı sərhədləri və ideoloji məhdudiyyətlər buna əsas maneələr idi. Lakin 1991-ci ildən sonra müstəqillik qazanan Azərbaycanın dünya ilə inteqrasiyası sürətləndi. Xaricdə təhsil alan tələbələrin, sərhərlərdən kənara çıxan iş adamlarının və diaspor nümayəndələrinin sayı artdıqca, əcnəbilərlə qurulan isti münasibətlər də təbii hal aldı.
Modern.az saytı "Azərbaycan vətəndaşlarının əcnəbilərlə son 1 ildəki evliliyi" mövzusunu araşdırmağa çalışıb.
Müşahidələr göstərir ki, qloballaşmanın sürətlənməsi, insanların müxtəlif ölkələrə səfər etməsi, xarici təhsil və iş imkanlarının genişlənməsi, habelə sosial şəbəkələrin inkişafı azərbaycanlılarla bağlanan beynəlxalq nikahların sayını əhəmiyyətli dərəcədə artırıb.
Rəsmi statistika göstərir ki, əcnənilərlə nikaha girən azərbaycanlılar əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və İran vətəndaşları ilə ailə qururlar. Amma uzaq Afrikadan olanlara, Almaniya, Cənubi Koreya, Çin, hətta Yaponiyaya gəlin köçən azərbaycanlı qızlara da rast gəlinir. Eləcə də Türkiyədən, Rusiyadan, hətta Avropadan gəlin gətirən azərbaycanlı ailələr də var.
Bu nikahların arxasında bəzən sevgi, bəzən maddi imkanlar, bəzən isə vətəndaşlıq və hüquqi üstünlüklər dayanır.

Psixoloq Vüsalə Rüstəm
deyir ki, əcnəbilərlə nikah yalnız fərqli dilləri deyil, fərqli mədəniyyətləri və dəyərləri də bir araya gətirir. Onun sözlərinə görə, əcnəbilərlə qurulan nikahlar həm maraqlı sintezlər yaradır, həm də müəyyən mədəni ziddiyyətlərə səbəb ola bilər.

Məsələn, azərbaycanlı qadınların xarici kişilərlə ailə qurması zamanı gender rollarında fərqlər müşahidə oluna bilər. Tutaq ki, Qərb kişiləri ailədaxili vəzifələri bərabər bölüşməyə meyilli olduğu halda, əksər Azərbaycan ailələrində belə deyil, bizdə hələ də qadınların ev işləri və uşaqlara qayğısı onlar üçün əsas məsuliyyət sayılır.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ölkə vətəndaşlarının əcnəbilərlə nikah bağlamasına hər hansı hüquqi məhdudiyyət yoxdur. Lakin belə nikahlar zamanı bəzi texniki prosedurlar tələb olunur: nikahın qeydiyyatı, sənədlərin notarial təsdiqi, əcnəbidən istənilən subaylıq arayışı və s.

Müşahidələrə görə, Azərbaycan cəmiyyətində əcnəbilərlə nikaha münasibət birmənalı deyil. Bir tərəfdən bu, müasir və açıq düşüncənin təzahürü kimi qarşılanır. Digər tərəfdən isə bəzi ənənəvi dairələrdə milli dəyərlərin itirilməsi, dini və mədəni uyğunsuzluq səbəbiylə bu cür nikahlara skeptik yanaşılır.

Qeyd etmək lazımdır ki, əksər hallarda ailənin, xüsusilə də valideynlərin razılığı əcnəbi ilə evlilikdə mühüm amildir. Bəzən valideynlər fərqli din və millət məsələsində narahatlıq keçirir, bəzən isə sadəcə övladlarının xoşbəxtliyini əsas götürərək bu nikahı dəstəkləyirlər.

Əcnəbilərlə evliliyə dair müsbət nümunələr kifayət qədərdir. Bir-birinin mədəniyyətinə hörmətlə yanaşan, övladlarını hər iki dildə və iki mədəniyyətlə böyüdən ailələr həm Azərbaycanda, həm də xaricdə çoxdur. Bəzi ekspertlər deyirlər ki, belə ailələrdə yetişən uşaqlar çoxdilli və multikultural mühitdə böyüyərək qlobal dünyaya daha hazır və tolerant olurlar.
Məsələn, Azərbaycanın opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylora ərə gedib. Bakıda yaşayan cütlüyün 1 qızı, 2 oğlu var. Fidan Hacıyeva hər açıqlamasında Filipp Neylorla xoşbəxt olduğunu vurğulayır.

Ya da alman əsilli kubalı müğənni Karen Dangerlə azərbaycanlı panoçu-bəstəkar Abuzər Manafzadənin evliliyi...
Azərbaycanlıya ərə gələn Karen Danger həyat yoldaşı Abuzər Manafzadənin daim ona dayaq durduğunu və hazırda sənət karyerasını klassik müğənni kimi davam etdirdiyini bildirib.
Bununla yanaşı, rəqəmlər əcnəbilərlə evliliyi uğursuzluqla nəticələnən azərbaycanlıların da az olmadığını göstərir. Yəni bütün hekayələr uğurla nəticələnmir. Dil baryeri, sosial təzyiq, dini və mədəni fərqliliklər bəzi evliliklərin sonunu gətirə bilir. Bəzən isə həyat yoldaşlarından biri digərinin ölkəsində yaşamağa uyğunlaşa bilmir və bu, ailədaxili konfliktlərə səbəb olur.

Psixoloq Vüsalə Rüstəm deyir ki, günümüzdə azərbaycanlıların əcnəbilərlə nikahı artıq istisna hal deyil, sosial reallığa çevrilib. Bu tendensiya bir tərəfdən fərqli mədəniyyətlər arasında körpü rolunu oynayır, digər tərəfdən isə cəmiyyətin dəyərləri və gözləntiləri ilə toqquşa bilir.
“Əsas olan qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurulmuş münasibətlərdir. Əgər bu prinsiplər qorunursa, mədəniyyət fərqliliyi problem deyil, əksinə, zənginlik mənbəyidir”.
“Əcnəbilərlə ailə qurmaq həm fərdi cəsarət, həm də geniş dünyagörüşü tələb edir. Sevgi millət tanımır deyirlər, amma bu sevginin yaşaması üçün qarşılıqlı anlayış, uyğunlaşma və ailədaxili mədəni körpülər qurmaq vacibdir”, - ekspert əlavə edib.
Maraqlıdır, son 1 ildə neçə Azərbaycan vətəndaş əcnənilərlə ailə həyatı qurub?

Ədliyyə Nazirliyinin müvafiq qurumu Modern.az-ın bu mövzudakı sorğusunu cavablandırıb.
Saytımıza verilən açıqlamada bildirilib ki, 2024-cü il ərzində Azərbaycan Respublikasının vətəndaşlarının əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 2037 nikahı qeydə alınıb.
Azərbaycan Respublikasının vətəndaşı olan 1014 kişi və Azərbaycan Respublikasının vətəndaşı olan 1023 qadın əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olub.
Əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşları əsasən Rusiya (669 nəfər), Türkiyə (418 nəfər), Gürcüstan (373 nəfər), Ukrayna (106 nəfər), Qazaxıstan (62 nəfər), Özbəkistan (55 nəfər), Pakistan (43 nəfər), İran (37 nəfər) və digər ölkələrin vətəndaşları ilə ailə həyatı qurublar.
Ədliyyə Nazirliyindən digər sorğumuza cavab olaraq bildirilib ki, 2024-cü il ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə həmin və əvvəlki illərdə bağlanmış 649 nikahın pozulması qeydə alınıb.
Azərbaycan Respublikasının vətəndaşları ilə nikahı pozulan əcnəbilər əsasən Rusiya (211 nəfər), Türkiyə (118 nəfər), Gürcüstan (107 nəfər), Ukrayna (45 nəfər) və digər ölkələrin vətəndaşlarıdır.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri