Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Ukrayna bu şəxsə sanksiya qoyub? Niyə? Çünki Ruben Vardanyan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə maliyyə, logistik və sair formalarda dəstək verib. Azərbaycan ərazisində -Qarabağda da bu şəxs terrorçuluğun maliyyələşdirilməsi;
qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin dəstəklənməsi;
Azərbaycana qarşı terror və digər zorakılıq əməllərində iştirak və ya onlara yardım;
müharibə cinayətləri;
insanlıq əleyhinə cinayətlər;
sülh və bəşəriyyət əleyhinə cinayətlər;
Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və sair əlaqəli cinayətlərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsi onu 20 il müddətinə azadlıqdan məhrum edib.
Vardanyanın müdafiəçiləri bu ittihamları "əsassız", "siyasi xarakterli" adlandırsa da, dediklərini təsdiq, ittihamları təkzib edə biləcək heç bir fakt, dəlil-sübut təqdim edə bilməyiblər. Çünki ittiham tərəfinin əlində Vardanyanın cinayətlərini isbata yetirə biləcək hər cür sübut var. Faktlar, sənədlər, videogörüntülər, şahid ifadələri və sair.
Bu qədər ağır cinayətlər törətmiş adama "xeyriyyəçi" deyən Taleb nəyə əsaslanır?
Heç nəyə?
Özü də "risk analitiki" kimi tanınır. Bakıda da bu qismdə mühazirə oxumalı idi. Halbuki bölgədə, dünyada təhlükəsizliyə təhdid , risk daşıyan Ruben Vardanyan kimi adamlara "xeyriyyəçi" deyən adamın riskdən nə anladığı sual doğurur.
Azərbaycanla məsələ məlumdur. İndi gələk Ukrayna məsələsinə.
Ukrayna Rusiyanın hərbi təcavüzünə məruz qalıbmı? Qalıb. Rusiya Ukrayna ərazilərinin 18 faizini işğal edibmi? İlhaq edibmi? Edib . Bunlar müharibə cinayətləridirmi? Bəli. Ruben Vardanyan bu müharibədə Rusiyanın hərbi əməliyyatlarına maliyyə dəstəyi veribmi? Bəli. Ukrayna da buna görə ona sanksiya tətbiq edib. Onun əməlləri nəticəsində 1 milyondan artıq insan ölüb və yaralanıb.
Bunun harası xeyriyyəçilikdir? Müharibənin və terrorun maliyyəçisi necə xeyriyyəçi ola bilər? Şərə bu qədər xidmətlərinə baxmayaraq, onu xeyriyyəçi adlandıran Nassem Nikolas Taleb elə Bakıya gəlməsə yaxşıdır. Bakıda mühazirə oxumasa yaxşıdır. Vardanyanı mələk cildində təqdim edən adamın mühazirəsinə də heç kim inanmayacaq.
Mənim üçün bir məsələ də maraqlı və çox qəribə görünür: Ukrayna prezidentinin bir müraciəti qarşılığında Rusiyaya qarşı 20-dən çox sanksiya paketi qəbul etmiş Qərb, Ukraynaya yüz milyardlarla dollar yardım göstərməyə razı olan Qərb, Rusiyanın təcavüzkar olduğunu görən Qərb - ABŞ və NATO üzrə müttəfiqləri Ruben Vardanyanın kim və nəçi olduğunu, nə iş gördüyünü bilməmiş deyillər. Ancaq Ukraynanın sanksiya siyahısına saldığı Vardanyana onlar sanksiya tətbiq etmirlər. Rusiya prezidentinə sanksiya qoyurlar, Ruben Vardanyana yox. Vardanyan Putindən böyük adamdır?!
Bahəddin Həzi, Bizimyol.info