Icma.az
close
up
RU
Şərin maliyyəçisinə necə xeyriyyəçi demək olar? Video

Şərin maliyyəçisinə necə xeyriyyəçi demək olar? Video

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Amerikalı risk analitiki, filosof, iqtisadçı, yazıçı, Nyu York Universitetinin professoru Nassem Nikolas Taleb Bakıya gəlməkdən, Bakıda mühazirə oxumaqdan imtina edib. O, Azərbaycan və bütövlükdə insanlıq əleyhinə çoxsaylı cinayət əməllərinə görə məhkum olunmuş Ruben Vardanyanın guya əsassız həbsini əsas gətirərək bu addımı atıb. O, Vardanyanı "xeyriyyəçi" adlandırıb. Ancaq Talebdən də nüfuzlu bir şəxs - Amerika Silahlı Qüvvələrinin istifadə etdiyi ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı yazıçı Ergün Kırlıkovalı Talebə açıq məktub yazıb. Həmin məktubda Kırııkovalı Vardanyanın xeyriyyəçi deyil, beynəlxalq səviyyədə fırıldaqçı, eyni zamanda təcavüzkar müharibənin maliyyə donoru olduğunu faktlarla əsaslandırıb. Azərbaycanın "AyuZ" kanalı da 2025-ci ildə "Oliqarxın planı" adlı sənədli film çəkmişdi. Çox peşəkar şəkildə hazırlanmış həmin filmdə də Vardanyanın beynəlxalq səviyyədə maliyyə fırıldaqları, onun işğalçı müharibələri maliyyələşdirməsi və sair konkret sənədli faktlarla sübut olunmuşdu. O, qanunsuz yollarla Rusiyadan milyardlarla dollar çirkli pulları xaricə çıxarmış, onların yuyulmasını təmin etmiş və müxtəlif bölgələrdə müharibə cinayətlərini maliyyələşdirmişdi.

Ukrayna bu şəxsə sanksiya qoyub? Niyə? Çünki Ruben Vardanyan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə maliyyə, logistik və sair formalarda dəstək verib. Azərbaycan ərazisində -Qarabağda da bu şəxs terrorçuluğun maliyyələşdirilməsi;

qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin dəstəklənməsi;

Azərbaycana qarşı terror və digər zorakılıq əməllərində iştirak və ya onlara yardım;

müharibə cinayətləri;

insanlıq əleyhinə cinayətlər;

sülh və bəşəriyyət əleyhinə cinayətlər;

Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və sair əlaqəli cinayətlərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsi onu 20 il müddətinə azadlıqdan məhrum edib.

Vardanyanın müdafiəçiləri bu ittihamları "əsassız", "siyasi xarakterli" adlandırsa da, dediklərini təsdiq, ittihamları təkzib edə biləcək heç bir fakt, dəlil-sübut təqdim edə bilməyiblər. Çünki ittiham tərəfinin əlində Vardanyanın cinayətlərini isbata yetirə biləcək hər cür sübut var. Faktlar, sənədlər, videogörüntülər, şahid ifadələri və sair.

Bu qədər ağır cinayətlər törətmiş adama "xeyriyyəçi" deyən Taleb nəyə əsaslanır?

Heç nəyə?

Özü də "risk analitiki" kimi tanınır. Bakıda da bu qismdə mühazirə oxumalı idi. Halbuki bölgədə, dünyada təhlükəsizliyə təhdid , risk daşıyan Ruben Vardanyan kimi adamlara "xeyriyyəçi" deyən adamın riskdən nə anladığı sual doğurur.

Azərbaycanla məsələ məlumdur. İndi gələk Ukrayna məsələsinə.

Ukrayna Rusiyanın hərbi təcavüzünə məruz qalıbmı? Qalıb. Rusiya Ukrayna ərazilərinin 18 faizini işğal edibmi? İlhaq edibmi? Edib . Bunlar müharibə cinayətləridirmi? Bəli. Ruben Vardanyan bu müharibədə Rusiyanın hərbi əməliyyatlarına maliyyə dəstəyi veribmi? Bəli. Ukrayna da buna görə ona sanksiya tətbiq edib. Onun əməlləri nəticəsində 1 milyondan artıq insan ölüb və yaralanıb.

Bunun harası xeyriyyəçilikdir? Müharibənin və terrorun maliyyəçisi necə xeyriyyəçi ola bilər? Şərə bu qədər xidmətlərinə baxmayaraq, onu xeyriyyəçi adlandıran Nassem Nikolas Taleb elə Bakıya gəlməsə yaxşıdır. Bakıda mühazirə oxumasa yaxşıdır. Vardanyanı mələk cildində təqdim edən adamın mühazirəsinə də heç kim inanmayacaq.

Mənim üçün bir məsələ də maraqlı və çox qəribə görünür: Ukrayna prezidentinin bir müraciəti qarşılığında Rusiyaya qarşı 20-dən çox sanksiya paketi qəbul etmiş Qərb, Ukraynaya yüz milyardlarla dollar yardım göstərməyə razı olan Qərb, Rusiyanın təcavüzkar olduğunu görən Qərb - ABŞ və NATO üzrə müttəfiqləri Ruben Vardanyanın kim və nəçi olduğunu, nə iş gördüyünü bilməmiş deyillər. Ancaq Ukraynanın sanksiya siyahısına saldığı Vardanyana onlar sanksiya tətbiq etmirlər. Rusiya prezidentinə sanksiya qoyurlar, Ruben Vardanyana yox. Vardanyan Putindən böyük adamdır?!

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri