Sərkisyanın yalanı üzünə vuruldu “Bakı yox, siz yalvardınız ki...” | Icma.az
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Ermənistana təhlükə Azərbaycan və Türkiyə yox, Rusiyadan gəlir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının katibi Arnold Bleyan deyib.
“Hələ 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibədən (Azərbaycanın qələbəsindən - red.) sonra Ermənistandakı fanatik dairələr üçün Rusiyanı müdafiə etmək çətinləşdi.
Amma nə qədər çətin olsa da, bir o qədər absurd bəhanələr taparaq, yenə də müdafiə elədilər.
Artıq Rusiyanın müdafiəçiləri ümidsiz vəziyyətdədirlər, çünki düşünürlər ki, Rusiyanın yerini Qərb yox, Türkiyə tutur, bölgədə Qərbin təminatçısı Türkiyədir”, - ekspert bildirib.
Bleyan qeyd edib ki, o dönəmdə sabiq prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakimiyyət Aprel döyüşləri ilə bağlı erməni xalqını aldadıb: “2016-cı ilin dördgünlük müharibəsini “Ermənistanın qələbəsi” kimi formalaşdırılarkən, bizi aldatdılar, guya Azərbaycan Rusiyaya qaçaraq müharibəni dayandırmaq üçün yalvarmışdı, əslində bu, Ermənistanın geri çəkilməsi üçün bir müqəddimə və Qarabağla bağlı bir xəbərdarlıq idi”.
Erməni siyasəti vurğulayıb ki, Sərkisyan rejiminin Aprel döyüşləri ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
Əksinə, o dönəmdə Azərbaycan ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın özü prosesin dayandırılması üçün vasitəçi kimi Rusiyaya müraciət eləmişdi, Bleyanın təbirincə desək, yalvarmışdı.
Tam oxu
Xəbəri oxu