Icma.az
close
up
RU
Sərkisyanın yalanı üzünə vuruldu “Bakı yox, siz yalvardınız ki...”

Sərkisyanın yalanı üzünə vuruldu “Bakı yox, siz yalvardınız ki...”

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistana təhlükə Azərbaycan və Türkiyə yox, Rusiyadan gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının katibi Arnold Bleyan deyib.

“Hələ 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibədən (Azərbaycanın qələbəsindən - red.) sonra Ermənistandakı fanatik dairələr üçün Rusiyanı müdafiə etmək çətinləşdi. Amma nə qədər çətin olsa da, bir o qədər absurd bəhanələr taparaq, yenə də müdafiə elədilər. Artıq Rusiyanın müdafiəçiləri ümidsiz vəziyyətdədirlər, çünki düşünürlər ki, Rusiyanın yerini Qərb yox, Türkiyə tutur, bölgədə Qərbin təminatçısı Türkiyədir”, - ekspert bildirib.

Bleyan qeyd edib ki, o dönəmdə sabiq prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakimiyyət Aprel döyüşləri ilə bağlı erməni xalqını aldadıb:

“2016-cı ilin dördgünlük müharibəsini “Ermənistanın qələbəsi” kimi formalaşdırılarkən, bizi aldatdılar, guya Azərbaycan Rusiyaya qaçaraq müharibəni dayandırmaq üçün yalvarmışdı, əslində bu, Ermənistanın geri çəkilməsi üçün bir müqəddimə və Qarabağla bağlı bir xəbərdarlıq idi”.

Erməni siyasəti vurğulayıb ki, Sərkisyan rejiminin Aprel döyüşləri ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Əksinə, o dönəmdə Azərbaycan ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın özü prosesin dayandırılması üçün vasitəçi kimi Rusiyaya müraciət eləmişdi, Bleyanın təbirincə desək, yalvarmışdı.

Analitik vurğulayıb ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını istəmir:

“Rusiyanın əsas problemi Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Çünki bu, faktiki olaraq. Rusiyanı bu regiondan çıxaracaq, biz də dövlət olaraq qalmaq istəyiriksə, onlarla münasibətlərimizi tənzimləməliyik. Ermənistanın bu iki ölkə ilə idarəolunan münasibətləri olmadan necə yaşaya biləcəyinə dair strategiyası varmı?”.

Bleyan əlavə edib ki, Ermənistana təhlükə Türkiyə və Azərbaycan yox. Rusiyadan gəlir.

Xatırladaq ki, Aprel döyüşləri Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri