“Şərq Tərəfdaşlığı” proqramı LƏĞV EDİLİR | Icma.az
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradır.
Modern.az xəbər verir ki, Avropa mediasının məlumatına görə, bu gün Lüksemburqda keçiriləcək toplantıda yeni platformanın əsası qoyulacaq.
Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alacaq.
Toplantıda əsas müzakirə mövzusu kimi Orta Dəhliz ön plana çıxacaq.
Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər.
Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais “Azadlıq Radiosu”na açıqlamasında deyib ki, görüşdə əsas diqqət “Global Gateway” təşəbbüsü çərçivəsində toplanan vəsaitlərin istifadəsinə yönələcək: “Pul var, əsas məsələ siyasi qərarların qəbuludur.
Tam oxu
Xəbəri oxu