Icma.az
close
up
RU
“Şərq Tərəfdaşlığı” proqramı LƏĞV EDİLİR

“Şərq Tərəfdaşlığı” proqramı LƏĞV EDİLİR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradır.

Modern.az xəbər verir ki, Avropa mediasının məlumatına görə, bu gün Lüksemburqda keçiriləcək toplantıda yeni platformanın əsası qoyulacaq.

Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alacaq. Toplantıda əsas müzakirə mövzusu kimi Orta Dəhliz ön plana çıxacaq.

Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər. Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.

Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais “Azadlıq Radiosu”na açıqlamasında deyib ki, görüşdə əsas diqqət “Global Gateway” təşəbbüsü çərçivəsində toplanan vəsaitlərin istifadəsinə yönələcək:

“Pul var, əsas məsələ siyasi qərarların qəbuludur. Çünki bu layihə bir neçə sərhədi kəsişir və bu ölkələr 30 ildir suverenliklərini möhkəmləndirməyə çalışırlar”.

O bildirib ki, Aİ bu layihədə Çin və Rusiya ilə simvolik rəqabətdə olsa da, bölgədə “hamı üçün yer var”:

“Bizim üstünlüyümüz sərmayələrin keyfiyyətində və şəffaf şərtlərlə həyata keçirilməsindədir”.

Xatırladaq ki, bu ilin aprelində Özbəkistanın Səmərqənd şəhərində Aİ–Mərkəzi Asiya sammiti keçirilmişdi. Həmin sammitdə Brüssel Orta Dəhlizin inkişafı və iqtisadi islahatlar üçün milyardlarla avro dəyərində investisiya vəd etmişdi. Qazaxıstan və digər regional dövlətlər bu marşrutu iqtisadi asılılığın azaldılması və Qərblə əlaqələrin gücləndirilməsi üçün mühüm addım kimi görür.

Qazaxıstanın Aİ və NATO-dakı səfiri Roman Vasilenko bildirib ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır və Avropa Yenidənqurma və İnkişaf Bankı Aktau limanının modernləşdirilməsinə 35 milyon avro kredit ayırıb.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see227

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see176

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see175

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see172

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see172

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see172

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see171

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see168

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see167

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see166

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see160

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see159

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see159

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see154

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see153

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see152

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see150

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri