Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsi müddətini yenidən nəzərdən keçiriblər
Onların məlumatına görə, bu proses əvvəlcə düşünüldüyündən daha erkən baş verə bilər.
BAKU.WS xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken Makdonaldın dediyinə görə, qlobal fəlakət 1-5 milyon il ərzində baş verə bilər, halbuki əvvəllər bu prosesin on milyonlarla il davam edəcəyi güman edilirdi.
2005-ci ildə Efiopiyanın səhrasında uzunluğu təxminən 56,5 kilometr olan bir çat yaranıb və o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.
Makdonaldın sözlərinə görə, fəlakət nəticəsində Hind okeanının suları hazırda Şərqi Afrika Rift Vadisinin yerləşdiyi ərazini basacaq.
Afrikanın parçalanması nəticəsində Yerdə yeni qitə və okean yaranacaq. Əgər ora su dolarsa, bu okean Atlantik okeanı qədər dərin ola bilər.
Beləliklə, alim yeni qitənin Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edəcəyini bildirib.
Bu qitəyə ehtimal ki, Nubiya qitəsi adı veriləcək. "Nəticədə Şərqi Afrika yeni bir okeanla qitənin qalan hissəsindən ayrılaraq müstəqil bir