Icma.az
close
up
RU
Şərqi Afrika yeni qitəyə çevriləcək Alimlərdən XƏBƏRDARLIQ

Şərqi Afrika yeni qitəyə çevriləcək Alimlərdən XƏBƏRDARLIQ

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsi müddətini yenidən nəzərdən keçiriblər. Onların məlumatına görə, bu proses əvvəlcə düşünüldüyündən daha erkən baş verə bilər.

BAKU.WS xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken Makdonaldın dediyinə görə, qlobal fəlakət 1-5 milyon il ərzində baş verə bilər, halbuki əvvəllər bu prosesin on milyonlarla il davam edəcəyi güman edilirdi.

2005-ci ildə Efiopiyanın səhrasında uzunluğu təxminən 56,5 kilometr olan bir çat yaranıb və o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.

Makdonaldın sözlərinə görə, fəlakət nəticəsində Hind okeanının suları hazırda Şərqi Afrika Rift Vadisinin yerləşdiyi ərazini basacaq. Afrikanın parçalanması nəticəsində Yerdə yeni qitə və okean yaranacaq. Əgər ora su dolarsa, bu okean Atlantik okeanı qədər dərin ola bilər.

Beləliklə, alim yeni qitənin Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edəcəyini bildirib. Bu qitəyə ehtimal ki, Nubiya qitəsi adı veriləcək.

"Nəticədə

Şərqi Afrika yeni bir okeanla qitənin qalan hissəsindən ayrılaraq müstəqil bir qitəyə çevriləcək", - deyə professor yekunlaşdırıb.

Parçalanma Şərqi Afrika Rift sistemi ilə bağlıdır. Bu, təxminən 22 milyon il əvvəl qitənin Böyük gölləri yerləşən bölgəsində yaranmış uzunluğu 3 min kilometrdən çox olan çatdır. Bu ərazidə Somali və Nubiya tektonik plitələri yerləşir və onlar bir-birindən aktiv şəkildə uzaqlaşır.

Hələ 2020-ci ildə ABŞ və Böyük Britaniyadan olan alimlər Şərqi Afrikadakı tektonik çatlar nəticəsində yeni okeanın yaranacağını proqnozlaşdırırdılar. Onlar bunun təxminən 5-10 milyon il ərzində baş verəcəyini və Ərəbistan, Somali və Afrika tektonik plitələrinin hərəkəti nəticəsində mümkün olacağını bildirirdilər.

Oxşar məlumatlar 2023-cü ildə "The Economic Times" qəzetində dərc olunmuşdu. Qeyd edilirdi ki, qitənin parçalanması nəticəsində dənizə çıxışı olmayan ölkələr, məsələn, Zambiya və Uqanda, öz sahil xətlərinə sahib ola biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri