Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Mən Sovet dövrünün uşağıyam. Yazdığım kimi danışa bilmirəm. Bu, mənim qüsurumdur.
Normal deyil, amma bəlkə başa düşüləndir. Çünki... Çünki bizə ömür boyu susmağı öyrətdilər, danışmağı deyil.
İndi isə danışmağa sözümüz olsa da, yerimiz yoxdur. Hə, hə! Demək olar, yer qalmayıb. Sözü üzə demək yerinə, daldada deyinmək modundayıq.
Fikri açıq söyləmək yox, arxada söylənmək... dəbə minib. Doğrudur, maraqlı danışa bilməyəndə maraqlı susmaq da pis deyil.
Bu zəmanədə maraqlı danışanlar onsuz da çox deyil. Niyə?! Çünki maraqlı susanlar az deyil. Çoxu da maraqdan... susanlardır!
...Sovet qurultaylarında kommunist rəhbərlərin çıxışları qəzetlərdə boy-boy çap olunurdu.
Ayrı-ayrı hissələrində mötərizə içində yazılırdı: "Gurultulu, sürəkli alqışlar".
Bu, "dahi rəhbər"in "müdrik" kəlamlarına yekdil müsbət reaksiyanı sərgiləmək üçün idi.