Sertifikasiya prosesi müəllimlər üçün çətin sınağa çevriləcək, daha 1300 nəfər işsiz qala …
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələcəkdə müəllimlərin sayı azalacaq.
Nəticədə onların dərs saatı artacaq ki, bu da maaşların yüksəlməsinə səbəb olacaq. Bəs müəllim sayının azalması necə baş verəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu azalmanın əsas səbəbi müəllimlərin sertifikasiya prosesindən keçə bilməməsidir: "Elm və təhsil nazirinin səsləndirdiyi fikir əsasən ona dəlalət edir ki, müəllimlərin sayının azalma məsələsi məhz sertifikasiya prosesi zamanı baş verir.
O cümlədən məktəblərin və siniflərin komplektləşdirilməsi kimi amillər də təsir edir.
Nəticə etibarilə müsabiqədə uğur qazanmayan namizədlər və o cümlədən siniflərin birləşməsi məsələsi, yəni say baxımından az olan sinif, məktəblərin birləşdirilməsi, bu prosesə təsir edir.
Bunun müqabilində də sertifikasiya prosesində daha uğurlu olan namizədlər müvafiq olaraq 51 bal və üzəri nəticə əldə edənlər 35 faiz, 31-dən 51 bala qədər olan namizədlərin əmək haqqında 10 faiz artım qeydə alınır".
Ekspert hesab edir ki, gələcəkdə ali və orta ixtisas təhsil müəssisələrində müəllim hazırlığı ehtiyac duyulan say qədər müəyyən ediləcək.
Tam oxu
Xəbəri oxu