Icma.az
close
up
RU
Sertifikasiya prosesi müəllimlər üçün çətin sınağa çevriləcək, daha 1300 nəfər işsiz qala bilər AÇIQLAMA

Sertifikasiya prosesi müəllimlər üçün çətin sınağa çevriləcək, daha 1300 nəfər işsiz qala bilər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələcəkdə müəllimlərin sayı azalacaq. Nəticədə onların dərs saatı artacaq ki, bu da maaşların yüksəlməsinə səbəb olacaq. 

Bəs müəllim sayının azalması necə baş verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu azalmanın əsas səbəbi müəllimlərin sertifikasiya prosesindən keçə bilməməsidir:

"Elm və təhsil nazirinin səsləndirdiyi fikir əsasən ona dəlalət edir ki, müəllimlərin sayının azalma məsələsi məhz sertifikasiya prosesi zamanı baş verir. O cümlədən məktəblərin və siniflərin komplektləşdirilməsi kimi amillər də təsir edir. Nəticə etibarilə müsabiqədə uğur qazanmayan namizədlər və o cümlədən siniflərin birləşməsi məsələsi, yəni say baxımından az olan sinif, məktəblərin birləşdirilməsi, bu prosesə təsir edir. Bunun müqabilində də sertifikasiya prosesində daha uğurlu olan namizədlər müvafiq olaraq 51 bal və üzəri nəticə əldə edənlər 35 faiz, 31-dən 51 bala qədər olan namizədlərin əmək haqqında 10 faiz artım qeydə alınır".

Ekspert hesab edir ki, gələcəkdə ali və orta ixtisas təhsil müəssisələrində müəllim hazırlığı ehtiyac duyulan say qədər müəyyən ediləcək.

"Kollec ilə yanaşı ali təhsil müəssisələrində də pedaqoji istiqamətdə kadr hazırlığı həyata keçirilir və burada da düşünülən ondan ibarətdir ki, mövcud plan yerləri konkret ehtiyac duyulacaq həddə müəyyənləşsin. Tutaq ki, 5000 vakant yer varsa, 10-15 min pedaqoji kadr hazırlığını həyata keçirmək o qədər də düzgün deyil. Ona görə də düşünürəm ki, burada da məhz pedaqoji kadrların hazırlığı məsələsi də nəzərə alınacaq. Müəllimlər üçün sertifikasiya imtahanları keçirilir. Burada məlum olur ki, kimlər müsabiqədən keçir, kimlər keçmir. Məsələn, ötən dövr ərzində 1300-dən çox müəllim müvafiq olaraq prosesdən kənarda qalıb. İndi bu il və növbəti illərdə keçiriləcək sertifikasiyada da təxminən bir o qədər müəllimin müsabiqədən keçməmək ehtimalı var. Bu da təxminən 2500-3000 arası ümumi pedaqoji heyətin müsabiqədən kənarda qalması deməkdir və nəticə etibarilə onların yerləri bəzi istiqamətlərdə vakant yer kimi çıxarılacaq. Bəziləri isə ümumiyyətlə, orada işə qəbul həyata keçirilməyəcək", - deyə E.Əfəndi bildirdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri