Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sertifikasiya və onun yumşaq şərtləri Artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb edilirlər.
2021-ci ildən başlanan prosesə artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar.
Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar.
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür.
Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı.
Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi.
Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqqılarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi...