Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Sertifikasiyadan kəsilən müəllimlərə niyə güzəşt edilməlidir? TƏHLİL

Sertifikasiyadan kəsilən müəllimlərə niyə güzəşt edilməlidir? TƏHLİL

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sertifikasiya və onun yumşaq şərtləri

Artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb  edilirlər. 2021-ci ildən başlanan prosesə artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar. Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür. 

Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı. Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi. 

Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqqılarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi... Hər iki cəhdin ədalət prinsiplərinə uyğun olduğunu düşünürük. 

Ümumiyyətlə, müəllimlərin sertifikasiyası bir çox ölkələrdə fərqli şəkildə təşkil olunur. ABŞ-da tam fərqli, Avropanın bir çox ölkələrində, məsələn, Almaniya, Avstriya, Böyük Britaniyada tam fərqli... Biz isə sertifikatlaşdırmanın tətbiqi zamanı daha çox Ukrayna təcrübəsindən yararlanırıq. Məsələn, 10 və 35%-lik maaş artımının göstərilən bal dinamikasına görə uyğunluğu, müsahibə mərhələsindəki gedişlər və s. Sözsüz ki, gələcəkdə bu prosesin tətbiqi zamanı bir çox yeniliklərin, digər beynəlxalq təcrübəyə aid olan əlavələri də görə biləcəyik. Bütün bu özəlliklərə əsasən sertifikatlaşdırma prosesini təhsilverənlərin qiymətləndirilməsi məsələsində ən uyğun variant hesab etməliyik.

Bəs, başqa ölkələrdə necədir?

Dünyanın bir çox  ölkələrində müəllimlərin səriştələrinin inkişaf səviyyəsi dövlət tərəfindən  qiymətləndirilir. Müxtəlif adlar və qaydalar əsasında təşkil edilən səriştə və peşə yararlığının qiymətləndirilməsi prosesi aşağıdakı faydalılıq meyarlarına görə dəyərləndirilir:

-müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edir;

 -pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərir;

- yeni səriştələrin formalaşmasına imkan verir;

-tədrisin nəticələrinə nəzarətin təmin edilməsində mühüm rol oynayır ki, bu da onların təkmilləşdirilməsinə kömək edir;

Bu hədəflərə çatmaq üçün ayrı-ayrı ölkələrdə təhsil işçilərinin sertifikatlaşdırılması həyata keçirilir. ABŞ-da müəllimlərin sertifikatlaşmasını milli standartlar üzrə xüsusi təşkilatlar təşkil edir. Burada müəllimlərin peşə səriştələrinin  qiymətləndirilməsi, yəni sertifikatlaşdırılması üçün iki aparıcı təşkilat - Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards -  NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC)  müəllimlərin milli standartlarını hazırlayıb. 

Pedaqoqların bu yüksək standartlara uyğunluğu  “çərçivə”, yəni, tövsiyə xarakteri daşıyır. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin  sayı fərqlidir.  Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə giriş üçün lazım olan dövlət sertifikatının əvəzi deyil (tam təhsil kursunu bitirdikdən sonra pedaqoji kolleclərin bütün məzunları bunu alır).  Beləliklə, NBPTS sertifikatı - peşədə yüksək nailiyyətlərin sübutudur. Məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər bu sənədi əldə edə bilərlər. 

Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş kateqoriyası üzrə aparılır. Sertifikat 5-10 il müddətində qüvvədədir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onu yeniləmək olar. Bunun üçün bir qayda olaraq, sertifikatlaşdırma dövrünün bütün mərhələlərini təkrar keçmək tələb olunmur.

Avstraliya müəllimlərin sertifikatlaşdırılması prosesini ilk həyata keçirən və bunu getdikcə daha da mütəşəkkil hala gətirən ölkələrdəndir. Burada  pedaqoji təhsil aldıqdan sonra yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına  iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər. 

Yaponiyada sertifikasiya prosesində   “üç səviyyəli sınaq” tətbiq olunur: 1) pedaqoji nəzəriyyə üzrə test; 2) konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr; 3) namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır.

Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara  belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir: 

nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək;

praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.

Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).

Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı  xidməti qiymətləndirmə ilə müəyyən edilir.

“Kəsilən” müəllimlərin aqibəti necə olacaq?

4 il müddətində (2021-25) ölkə üzrə çalışan 150 mindən çox təhsilverənlərdən əhəmiyyətli hissəsi-təxminən 100 minə qədəri artıq sertifikasiya prosesində iştirak edib. Məlumdur ki, sertifikatlaşdırma müsabiqəsinə qatıldığı ilk cəhddə uğursuz nəticə göstərən, yəni, tapşırıqların heç 50%-nin də öhdəsindən gələ bilməyən (30 ballıq limiti keçməməklə) müəllimlərə növbəti il ikinci dəfə şans verildi. Yalnız bu dəfə, ardıcıl ikinci imtahandan kəsilən müəllimlərin isə əmək müqaviləsinə xitam verilir. 

Bugünədək müəllimlərin sertifikatlaşdırılması müsabiqəsində iştirak edən müəllimlər arasında 5000 nəfəri hər iki cəhddə minimal balı toplaya bilməyib və bu da öz növbəsində onlarla olan əmək müqaviləsinə xitam verilməsilə nəticələnib. 

bu kifayət qədər ədalətli qərardı. Çünki sertifikasiyadan müxtəlif fənlərə görə təqdim olunan sual nümunələri onsuz da ağırlıq dərəcəsinə görə çox da problemli test tapşırıqları deyil. Öz ixtisas fənni ilə bağlı səthi bilikləri olan müəllimin belə təqdim olunan 60 sualdan ən azı yarısına cavab vermək şansı var. Hələ bundan ötrü əlavə hazırlıq prosesini demirəm. 

Hətta məndə olan məlumata görə, birinci imtahanda minimal bal həddini  keçə bilməyən müəllimlər üçün ikinci imtahana qədər, yəni bir illik müddət ərzində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən ödənişsiz təlimlər təşkil edilir. Müəyyən qədər bu təlimlərin də hazırlıq prosesinə böyük qatqısının olduğunu düşünürəm. Amma bütün bu imkanlara baxmayaraq, ixtisasını normal tədris etmək öhdəliyini daşımalı olan müəllim, əksinə öz sahəsinin ən səthi tapşırıqlarından xəbərsiz qalır və ikinci il ard-arda kəsilir. 

Odur ki, onların tədrisdən uzaqlaşdırılması, yerlərinə isə MİQ müsabiqəsində yüksək bilik və bacarıq göstərsələr də, vakant yer sayının azlığına görə işlə təmin oluna bilməyib namizəd kimi gözləmədən qalan xeyli sayda gənc müəllimləri dəvət etmək olar. Onlar tədrisə daha innovativ, daha yaradıcı və həvəsli yanaşacaq və faydalı olacaqlar.  

Amma onların arasında elələri də var ki, məktəb daxilində qeyri-pedaqoji, təşkilati və  texniki işlərdə işləmək qabiliyyətinə malikdirlər. Bu kimi sabiq müəllimləri həm də o qəbildən olan işlərə cəlb etmək lazımdır. 

Məsələn, ötən il Bakı şəhəri üzrə 50 bu cür şəxsin məktəblərdə müxtəlif vəzifələrlə təmin olunması haqqında rəsmi bildiriş verildi.  Bakı şəhəri üzrə sertifkasiyadan 2-ci dəfə kəsilən və əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı isə ötən il üçün  141 nəfər olmuşdu. Onların 50-si başqa vəzifələrlə təmin olunublar. Düzü, Bakı şəhəri üzrə Təhsil İdarəsi bunun hansı vəzifə olduğu haqqında bir məlumat yaymadı. Açığı bu informasiya o qədər də vacib deyil. Çünki məktəblərdə əsas müəllimlik vəzifəsidir. Çox ehtimal ki, onlar texniki və təşkilati işlərlə məşğul olacaqlar. Misal olaraq lobarant, kitabxanaçı, dərnək rəhbəri bura daxildir. Bir tərəfdən alqışlanacaq bir addımdır. Bunu statusumda vurğulamışam ki, onlar hər bir halda məktəb mühitini yaxşı bilən şəxslərdir.

Həmin jestin sertifikasiyadan kəsilən, artıq müəllim adını itirmiş şəxslər üçün bu il də atılmasını çox istərdik. 5000 sabiq müəllim arasından texniki-təşkilati işləri bilən, məktəbşünaslığın qeyri-pedaqoji istiqamətlərində daha səriştəli olacaq ən azı 500 şəxsin olmasına qəti şübhəm yoxdur”.

Elmin Nuri

Təhsil eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri