Şərurlu İsfəndiyar tələbələrə nə deyib? Universitetdən açıqlama

12.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüş az qala ölkə gündəmini zəbt etmiş oldu. Hər zaman qəribə və məzəli fikirləri ilə yadda qalan şirkət rəhbərinin tələbələrlə müzakirə mövzusu xüsusilə diqqət çəkir.
AzMİU-nun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq deyilib ki, görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda keçirilb. Bildirilib ki, görüş qrupdakı tələbələrdən birinin təşəbbüsü ilə təşkil olunub və digər tələbələr də maraq göstəriblər.
Universitetdən o da bildirilib ki, mediada yayılan məlumatlardan sonra daxili araşdırma aparılıb. Müəyyən edilib ki, görüş universitetin ərazisində, auditoriyalarında və ya görüş zallarında keçirilməyib.
Mətbuat xidməti İsfəndiyar Axundovun tikinti şirkətinin rəhbəri olduğunu əsas gətirərək tələbələrin onunla görüşmək istəyini başadüşülən hesab edir. Bununla belə, görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə universitetin məlumatı yoxdur. 
Universitet görüşün onun ərazisindən və tədris prosesindən kənarda baş tutduğunu vurğulasa da, tələbələrin iştirak etdiyi tədbirin məzmunu və araşdırmanın hansı mərhələdə olduğu hələlik  açıq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью