Şərurlu İsfəndiyar tələbələrə nə deyib? Universitetdən açıqlama
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüş az qala ölkə gündəmini zəbt etmiş oldu. Hər zaman qəribə və məzəli fikirləri ilə yadda qalan şirkət rəhbərinin tələbələrlə müzakirə mövzusu xüsusilə diqqət çəkir.
AzMİU-nun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq deyilib ki, görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda keçirilb. Bildirilib ki, görüş qrupdakı tələbələrdən birinin təşəbbüsü ilə təşkil olunub və digər tələbələr də maraq göstəriblər.
Universitetdən o da bildirilib ki, mediada yayılan məlumatlardan sonra daxili araşdırma aparılıb. Müəyyən edilib ki, görüş universitetin ərazisində, auditoriyalarında və ya görüş zallarında keçirilməyib.
Mətbuat xidməti İsfəndiyar Axundovun tikinti şirkətinin rəhbəri olduğunu əsas gətirərək tələbələrin onunla görüşmək istəyini başadüşülən hesab edir. Bununla belə, görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə universitetin məlumatı yoxdur.
Universitet görüşün onun ərazisindən və tədris prosesindən kənarda baş tutduğunu vurğulasa da, tələbələrin iştirak etdiyi tədbirin məzmunu və araşdırmanın hansı mərhələdə olduğu hələlik açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















