Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.
Sitat.info-nun məlumatına görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.
Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur.
Buna baxmayaraq, qarşı tərəf verilişlərin birində onu dələduz adlandırıb.
E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
“Şərurlu İsfəndiyar” məhkəməyə vəkilsiz gəldiyi üçün proses təxirə salınıb.