Şərurlu İsfəndiyarın məhkəməsi təxirə salındı: Məhkəmədən ədalətli qərar gözləyirəm
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.
Sitat.info-nun məlumatına görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, qarşı tərəf verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
“Şərurlu İsfəndiyar” məhkəməyə vəkilsiz gəldiyi üçün proses təxirə salınıb.
Bu barədə Sitat.info-ya danışan İ.Axundov da bildirib ki, məhkəmə prosesi baş tutmayıb: "Qol çəkib çıxdım. Heç bir proses olmadı. Hələ də avtomobillərin üzərində həbs qalmaqdadır. Məhkəmədən ədalətli qərar gözləyirəm".
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 04 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















