Sərvəti ilə öyünənlər vergi verirmi? Açıqlamaların izi ilə... | Icma.az
Redaktor.az saytına istinadən Icma.az xəbər verir. Son həftələrdə ölkə telekanallarında müğənnilər və digər sənətçilər bir-biri ilə bəhsləşi
Biri ayda 30, o biri 50, başqa biri 70 min manat qazandığını deyir.
5 mənzili olduğunu, bağ evi tikdirdiyini, 95 min manatlıq lüks avtomobil sürdüyünü deyən də var.
Ola bilər, sənət adamlarının varidatı, həyat tərzi tamaşaçılar üçün çox maraqlıdır və onlar bu “sosial sifarişi” nəzərə alaraq analoji açıqlamalar verirlər.
Amma bu xüsusat vergi orqanlarının da marağını cəlb etməlidir.
Çünki bu şəxslər bir ayda universitet professorunun 4-5 ildə qazana bilməyəcəyi qədər pul qazanırlarsa, bundan müvafiq şəkildə vergi də ödəməlidirlər.
Əvvəlki illərdə də müğənnilərin, eləcə də çox pul qazanan digər sənət adamlarının vergiyə cəlb edilməsi məsələsi aktuallaşmış və dövlət büdcəsi zənginləşmişdi.
Vergi borcunu ödəməyən müğənnilərin isə adı mətbuatda açıqlanmış, bu da xeyli müzakirələrə səbəb olmuşdu.
Tam oxu
Xəbəri oxu