Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Sərvəti ilə öyünənlər vergi verirmi? Açıqlamaların izi ilə...

Sərvəti ilə öyünənlər vergi verirmi? Açıqlamaların izi ilə...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son həftələrdə ölkə telekanallarında müğənnilər və digər sənətçilər bir-biri ilə bəhsləşirmiş kimi öz varidatlarını nümayiş etdirir, aylıq qazanclarının miqdarını açıqlayırlar. Biri ayda 30, o biri 50, başqa biri 70 min manat qazandığını deyir. 5 mənzili olduğunu, bağ evi tikdirdiyini, 95 min manatlıq lüks avtomobil sürdüyünü deyən də var.

Ola bilər, sənət adamlarının varidatı, həyat tərzi tamaşaçılar üçün çox maraqlıdır və onlar bu “sosial sifarişi” nəzərə alaraq analoji açıqlamalar verirlər. Amma bu xüsusat vergi orqanlarının da marağını cəlb etməlidir. Çünki bu şəxslər bir ayda universitet professorunun 4-5 ildə qazana bilməyəcəyi qədər pul qazanırlarsa, bundan müvafiq şəkildə vergi də ödəməlidirlər. Əvvəlki illərdə də müğənnilərin, eləcə də çox pul qazanan digər sənət adamlarının vergiyə cəlb edilməsi məsələsi aktuallaşmış və dövlət büdcəsi zənginləşmişdi. Vergi borcunu ödəməyən müğənnilərin isə adı mətbuatda açıqlanmış, bu da xeyli müzakirələrə səbəb olmuşdu.

Redaktor.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar. Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur. Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir. Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir. Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir. Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Bəs hazırda vergi orqanları müğənnilərin qazancından qanunvericiliyə əsasən vergi tuturlarmı?

Gülyanaq Məmmədova

Xalq artisti Gülyanaq Məmmədovanın məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasından belə məlum olur ki, artıq son vaxtlar vergi məmurları toylardakı iştirakına görə müğənnilərdən vergi tələb etmir: “Mən əsasən dövlət qulluqçusuyam. Universitetdə müəllim, dosent kimi çalışıram, eyni zamanda Dövlət Mahnı Teatrının solistiyəm. Yəni dövlət müəssisələrində fəaliyyət göstərdiyim üçün aldığım əmək haqqından vergi tutulur.

Toylara gəldikdə isə, yalnız ara-sıra gedirəm. Hər gün toylarda çıxış edən müğənnilərdən deyiləm. Toylara getməyimin əsas səbəbi budur ki, biz səhnə adamıyıq və geyindiyimiz paltarlardan tutmuş, yeni mahnıların yazılmasına qədər bir çox məsrəflərimiz olur. Təsəvvür edin, bir səhnə geyimi nə qədər xərc tələb edir. Eləcə də yeni mahnılar, səsyazmalar üçün xeyli vəsait sərf olunur. Bu xərcləri qarşılamaq üçün toylarda iştirak edirəm. Çünki maaşımla bunların öhdəsindən gəlmək mümkün deyil. Aldığım maaş heç ailəmin xərclərinə yetmir. Yoxsa ki, iki ölkənin xalq artisti olaraq mənim toylarda nə işim var?

Əvvəllər vergi məmurları getdiyimiz toylara görə vergi tələb edirdilər. Amma indi bu məsələ yoxdur. Yəni mən dövlət tədbirlərində iştirak edirəm, ondan vergi tutulur. Ona görə hesab edirəm ki, toylardakı iştirakımız üçün vergi ödəmək bizə aid deyil. Bu, gündə toylardan nə qədər pul qazanan müğənnilər var, onlara aiddir".

Müğənni Nigar Camalın meneceri Pərviz Hüseynov sorğumuza belə cavab verdi: “Vergi ödəmək, ilk növbədə, dövlət qarşısında bizim vətəndaşlıq borcumuzdur. Çünki həmin vergilər hesabına məktəblər açılır, müxtəlif sosial məsələlər həll olunur.

Digər bir məqam isə odur ki, Nigar Camal mütəmadi olaraq toylarda iştirak etmir. Biz əsasən dövlət tədbirlərində və ya korporativ tədbirlərdə iştirak edirik. Bu zaman da məlum olduğu kimi, ödənişlər köçürmə yolu ilə həyata keçirilir və avtomatik olaraq qanunvericilikdə nəzərdə tutulan qədər vergi tutulur. Yəni vergidən yayınma kimi bir hal mümkün deyil".

Murad Arif 

Hitmeykerer Murad Arif qeyd edib: “Bəli, əlbəttə ki, getdiyimiz toylara görə Dövlət Vergi Xidmətinə vergi ödəyirik. Bu proses necə baş verir? Getdiyimiz toylar barədə öz mühasibatlığımıza və həmin toylardan aldığımız qonorar haqqında məlumat veririk. Həmin qonorarlar əsasında da biz hər 3 rübün tamamında rüblük vergiləri hesablayırıq və dövlət büdcəsinə vergi ödəyirik”.

Məsələni daha yaxından araşdırmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh bildirdi: “Öncə onu qeyd edim ki, səhər saat 8-dən günorta saat 1-2-yə qədər dayanmadan, ayaqüstə lövhə qarşısında dayanıb, sinfi tərk etmədən azyaşlı şagirdlər, eləcə də nadinc yuxarı sinif şagirdləri qarşısında dərs deyən, böyük enerji itirən, zehni və fiziki cəhətdən yorulan müəllim hər saata görə aldığı kiçik məbləğə görə belə vergi ödəyirsə, onda yarım saat ərzində minlərlə manat qazanan şəxslərin - istər müğənni olsun, istərsə də digər sənət sahibləri - vergidən yayınması son dərəcə faciəvi haldır. Bu, həm hüquqi, həm də mənəvi-əxlaqi və sosial baxımdan yolverilməzdir.

Şəffaflaşdırma dedikdə, bu cür fəaliyyətlərin də vergiyə cəlb olunması üçün təkmil bir mexanizmin hazırlanması nəzərdə tutulur" (musavat.com). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri