Serxio Peres: Azərbaycan Qran prisini səbirsizliklə gözləyirəm

23.09.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kadillak" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.

Milli.Az xəbər verir ki, meksikalı pilot bu barədə Bakıda keçirilən mətbuat konfransında danışıb.

Peres Bakı Şəhər Halqasında sıralanma turunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, son illərdə şənbə günü əldə olunan nəticələr yarışın gedişinə ciddi təsir göstərib.

"Son bir neçə ildə şənbə günü baş verənlər hər şeyi müəyyənləşdirib. Düşünürəm ki, vəziyyət bir qədər də dəyişə bilər. Maraqlı həftəsonu olacağını düşünürəm. Əlbəttə, yarışı səbirsizliklə gözləyirəm", - deyə pilot bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək.

Müəllif: Tural Hüseyn 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью