Serxio Peres: Azərbaycan Qran prisini səbirsizliklə gözləyirəm
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Kadillak" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.
Milli.Az xəbər verir ki, meksikalı pilot bu barədə Bakıda keçirilən mətbuat konfransında danışıb.
Peres Bakı Şəhər Halqasında sıralanma turunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, son illərdə şənbə günü əldə olunan nəticələr yarışın gedişinə ciddi təsir göstərib.
"Son bir neçə ildə şənbə günü baş verənlər hər şeyi müəyyənləşdirib. Düşünürəm ki, vəziyyət bir qədər də dəyişə bilər. Maraqlı həftəsonu olacağını düşünürəm. Əlbəttə, yarışı səbirsizliklə gözləyirəm", - deyə pilot bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək.
Müəllif: Tural Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















