Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılışı olmuşdu və biz də “Əlincə“ Xeyriyyə Cəmiyyəti olaraq həmin açılışa dəvət olunmuşduq.
“Səs” qəzeti də həmin “Əlincə“ Xeyriyyə Cəmiyyətinin orqanı idi.
“Səs” qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb".
Bu fikirləri SİA-ya açıqlamasında ölkənin tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı: "Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi.
Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider
Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu.