Icma.az
close
up
RU
“Səs” qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb

“Səs” qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılışı olmuşdu və biz də “Əlincə“ Xeyriyyə Cəmiyyəti olaraq həmin açılışa dəvət olunmuşduq. “Səs” qəzeti də həmin “Əlincə“ Xeyriyyə Cəmiyyətinin orqanı idi. “Səs” qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb". Bu fikirləri SİA-ya açıqlamasında ölkənin tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı: "Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. “Səs” qəzetinin elə nömrələri olurdu ki, ancaq Naxçıvan Ali Məclisinin, Heydər Əliyevin qəbul etdiyi qərarlara həsr olunurdu. “Səs” partiya yaranana qədər də Ümummilli Liderin səsini bütün dünyaya çatdırırdı. Qəzetin adının “Səs” seçilməsi də əbəs yerə deyildi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qurultaylarda, toplantılarda 5-6 dəfə də olsa “Səs” qəzetinin adını çəkirdi. Hətta yeganə müsahibə verdiyi qəzeti belə “Səs” olub.

Təbii ki, “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə “91-lər” çox mühüm missiyanı həyata keçirdi".

Siyavuş Novruzovun sözlərinə görə, Ulu Öndər “91-lər”in müraciətinə bir neçə gündən sonra verdiyi müsbət cavab yenə “Səs” qəzetində dərc olundu və partiyanın yaradılması istiqamətində hazırlıq işləri başladı: "“Səs” qəzeti rupor rolunu oynayırdı.Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də, partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxular edirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda Ulu Öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi qorudu və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, partiyanın rəhbər orqanları formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Bu günə qədər də YAP-ın Proqram və Nizamnaməsində bir vergül belə olsun dəyişiklik olmayıb. Çünki Ümummilli Lider öz qələmi ilə onu ustalıqla hazırlayıb. 1992-ci ilin dekabrın sonlarında ilk YAP-ın ilk Biləsuvar rayon təşkilatı yarandı, daha sonra Sabirabad və Şərur təşkilatları yarandı. Sonradan isə digər təşkilatlar yaranmağa başladı.

Bunu o zamanlar görən AXC-Müsavat cütlüyü dərhal fövqəladə vəziyyət elan etdilər. “Səs” qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasına bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Hətta “91”-lərin üzvlərini Bakı Şəhər Prokurorluğuna çağırıb döyürdülər. YAP İdarə Heyətinin sabiq üzvü, görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun "Heydər dağına kölgə salmaq olmaz" adlı müsahibəsi “Səs” qəzetində dərc olunduğuna görə “Səs” qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərovu həbs etdirmək istəyirdilər. Partiyanın İdarə Heyətinin, Siyasi Şuranın üzvləri ara-sıra yazılar verirdi, çıxışlar edirdilər və beləcə təbliğatımız getikcə güclənirdi. Bu gün də ölkəmizin inkişafında, tərəqqisində YAP-ın Proqram və Nizamnaməsinin bütün layihələri tam şəkildə həyata keçirilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri