Səsin həmişə qulağımızda qalacaq, Hökümə xanım | Icma.az
Icma.az, Turkstan.az saytına istinadən bildirir. Dekabr ayının 25-i Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.
Onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - Hökumə Əliyevadır.
İlk öncə demək istəyirəm ki, Azərbaycan Hava Yolları ilə dünyanın bir çox ölkəsinə səyahət etmişəm.
Hər zaman stüardessaların səmimi təbəssümü və xoş simaları məni qarşılayıb. Onların təbəssümü nəyə deyirsiniz dəyərdi.
Onların təbəssümü ilə təyyarəyə minmişəm. Yenə də həmin o təbəssümlə təyyarədən enmişəm. Çox nəzakətli davranırlar bütün sərnişinlərlə.
Bu da adamda xoş təəssürat yaradır. Səbrlə, təmkinlə öz işini görürlər. Stüardessa Hökümə də çox təmkinli idi.
Eyni zamanda çox gözəl xanım idi. Allah ondan heç nəyi əsirgəməmişdi. Lakin həyatı çox qısa oldu.
Deyirlər gözəl qadınlar xoşbəxt ola bilmir, həyatda həmişə əziyyət çəkirlər. Sanki Tanrı onlara gözəllik verir, amma bəxt vermir.
Tam oxu
Xəbəri oxu