Icma.az
close
up
RU
Səsin həmişə qulağımızda qalacaq, Hökümə xanım

Səsin həmişə qulağımızda qalacaq, Hökümə xanım

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Dekabr ayının 25-i Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. Onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - Hökumə Əliyevadır.

İlk öncə demək istəyirəm ki, Azərbaycan Hava Yolları ilə dünyanın bir çox ölkəsinə səyahət etmişəm. Hər zaman stüardessaların səmimi təbəssümü və xoş simaları məni qarşılayıb. Onların təbəssümü nəyə deyirsiniz dəyərdi. Onların təbəssümü ilə təyyarəyə minmişəm. Yenə də həmin o təbəssümlə təyyarədən enmişəm. Çox nəzakətli davranırlar bütün sərnişinlərlə. Bu da adamda xoş təəssürat yaradır. Səbrlə, təmkinlə öz işini görürlər.

Stüardessa Hökümə də çox təmkinli idi. Eyni zamanda çox gözəl xanım idi. Allah ondan heç nəyi əsirgəməmişdi. Lakin həyatı çox qısa oldu. Deyirlər gözəl qadınlar xoşbəxt ola bilmir, həyatda həmişə əziyyət çəkirlər. Sanki Tanrı onlara gözəllik verir, amma bəxt vermir. Hökümə də onlardan biri idi. Bəlkə də Allahın sevimli bəndəsi idi, Allah sevdiyi bəndələri yanına tez alır.

"Hər şey yaxşı olacaq" deyirdi. Son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən, sakitləşdirirən xanım bələdçi Əliyeva Hökümə. O sözləri deyəndə görəsən özü qorxdumu? Məncə qorxmadı. Kəlbəcərlilər mübariz, cəsur olurlar. Bir çox sınaqlardan keçdilər, amma sınmadılar. 30 il Torpaq həsrəti ilə yaşadılar, nəhayət qovuşdular yurd yuvalarına. O da, o da möhkəm dayanmışdı. Sona kimi möhkəm dayandı.

Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində doğulub. 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi. 33 yaşlı bir gözəl xanımın həyatı da buraya kimi imiş...

Təəssüf ki, heç də yaxşı olmadı. Əksinə hər şey çox pis, kədərli oldu. Sənsiz heç də yaxşı olmadı.

Kaş bu sözü indi kamera qarşısına keçib deyərdin. Deyərdin: "Dostlar, hər şey yaxşıdır, mən sağam". Hökümə, sən bizi ağlatdın və getdin. Vəfasız oldun. Adam belə vəfasız olarmı heç? Axı sən güclü idin. Yaddaşlardan silinməyəcək güclü qadın obrazı yaratdın. Gəncədə yaşadın neçə illərdi, oranın suyunu içdin, havasını uddun, çörəyini yedin, hamısı sənə halaldı, bizim mərd bacımız. Nə yaxşı ki sənin kimi qeyrətli qızlarımız var. Fəxr olunası. Mən səninlə fəxr edirəm. Şəkilinə baxıram, necə gözəl təbəssümlü, gözəl simalı bir Azərbaycan qadınını itirdik. Kədər içindəyik...

O dünyada özünüzə yaxşı baxın. Digər sərnişinlər də sənə əmanət, onlara da yaxşı bax. Mahmuda, Raminə, Məhəmmədəliyə, Aleksandra, İqora və digərlərinə. Qoruya bilmədik sizi. Əlvida, nur üzlülər... Bağışlayın bizi.

25 dekabr yaddaşımıza qara hərflərlə yazıldı...Bu günü heç vaxt unutmayacağıq!

Mərdliyin və cəsurluğun qarşısında baş əyirik Hökümə xanım. Anana və atana dediyin kimi: "Mənimlə fəxr edin". Sənin arzun reallaşdı, bacı. Bu gün bütün Azərbaycan səninlə fəxr edir və qürurla anır. Səsin həmişə qulağımızda qalacaq. Başımız sağ olsun...

seeBaxış sayı:241
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri