SƏSSİZ GƏLİR: 3 saniyəlik testlə ürək sağlamlığınızı yoxlayın! | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ürək xəstəlikləri bu gün də dünyada ölümə səbəb olan əsas amil olaraq qalır.
Keçmişdə əsasən yaşlı insanları təsir edən bu xəstəliklər artıq 30 yaşa qədər enib.
Sherg.az xəbər verir ki, mütəxəssislər müntəzəm həkim müayinəsi ilə yanaşı, evdə tətbiq edilə bilən sadə testlərlə də mümkün ürək problemlərinin erkən müəyyən edilə biləcəyini vurğulayır.Diqqət çəkən 3 saniyəlik ürək testiÜrək sağlamlığı ilə bağlı son dövrlərdə diqqət çəkən üsullardan biri, səhər yuxudan oyandıqdan dərhal sonra edilən qısa məşq testidir.
"Sygenis.nature" adlı tibbi platformaya görə testin tətbiqi belədir:Oyandığınız kimi yataqda oturun.Hər iki qolunuzu başınızın üzərinə qaldırın.Bu vəziyyətdə 3 saniyə qalın.Diqqət edilməli əlamətlər:Sinədə sıxılma hissiBarmaqlarda keylikBirdən gələn yorğunluq və ya başgicəllənməƏgər bu əlamətlərdən hər hansı biri hiss olunarsa, bu qan dövranı problemlərinin siqnalı ola bilər və mütəxəssisə müraciət olunması tövsiyə edilir.Ürək xəstəliyinin digər səssiz əlamətləriMütəxəssislər bildirir ki, təkcə bu test deyil, gündəlik həyatda müşahidə edilə biləcək bəzi simptomlar da ciddiyə alınmalıdır:Sinə ağrısı və sıxılmaÜrək damarlarının tıxanmasının ən yayğın əlaməti olan bu ağrı sinədə təzyiq, ağırlıq və ya “sanki sinənin üstündə fil oturub” hissi ilə xarakterizə olunur.
Bu ağrı adətən fiziki fəaliyyət və ya stress zamanı meydana çıxır, istirahətlə keçir.
Bu hal tibbdə angina adlanır.Çənəyə, qola, boyuna yayılan ağrıÜrək ağrısı təkcə sinə ilə məhdudlaşmaya bilər.
Sol qola, çənəyə, boyuna, çiyinə, kürəyə və ya mədə üst hissəsinə yayılan ağrılar da ürəklə əlaqəli ola bilər.
Tam oxu
Xəbəri oxu