Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya nizamında baş verən dəyişikliklərin Avropaya da təsir etdiyini nümayiş etdirib.
Bunu Parisdə keçirilən “istəklilər koalisiyası”nın danışıqlarından sonra mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron deyib.
Azərbaycanın da iştirak etdiyi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı dünya nizamında hansı dəyişikliklərə səbəb olub?
Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Fransa Prezidenti Emmanuel Makronun Çində keçirilən ŞƏT sammitinə dair söylədiyi fikirlər əslində qlobal nizamın yeni mərhələsini xarakterizə edir.
"Onun “dünya nizamında dəyişikliklərin Avropaya təsiri” barədə dedikləri Avropa liderlərinin artıq Asiya mərkəzli inteqrasiyalara daha diqqətlə yanaşdığını göstərir.
ŞƏT sadəcə regional qurum deyil, qlobal siyasi və iqtisadi proseslərə təsir imkanlarını artıran bir platformaya çevrilib.
Makronun Parisdə “istəklilər koalisiyası”nın toplantısından dərhal sonra bu açıqlamanı verməsi də təsadüfi deyil.